Lənkəran sakinindən silah-sursat götürülüb.
ONN media Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini X.Məmmədlinin yaşadığı evə baxış zamanı oradan “Spanish Astra 4000” modelli tapança, 5 ədəd patron və patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.