PKK terrorçularının İraqın Qara bölgəsində qətlə yetirdikləri Türkiyənin 13 vətəndaşından bəzilərinin şəxsiyyətləri məlum olub.
ONN media xəbər verir ki, Malatya valisi Aydın Baruş Qarada şəhid olan 13 nəfərdən 10-un şəxsiyyətlərinin müəyyənləşdirildiyini bildirib.
O qeyd edib ki, digər üç nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar davam etdirilir.