Hindistanın Uttaraxand əyalətində baş verən buzlaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb.
ONN media xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rişiqanqa çayında suyun səviyyəsinin qalxması səbəbilə sel elektrik stansiyasını yuyub aparıb. Nəticədə, 54 nəfər ölüb. 179 nəfər hələ də itkindir.