Ermənistanda hərbi qulluqçu əsgər yoldaşını güllələyərək öldürüb.
ONN media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü Artyom Ovikoviç Melkonyan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, atəşi açan hərbi qulluqçunun adı açıqlanmayıb.