Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün profilli həkimlərdən ibarət qrup yaradılıb.
ONN media xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Rati Breqadze məlumat verib.
O qeyd edib ki, Ədliyyə Nazirliyinin müraciəti əsasında Səhiyyə Nazirliyi tərəfindən formalaşdırılan qrupun fəaliyyəti sabiq dövlət başçısının razılığından asılı olacaq.