Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və iranlı həmkarı Hüseyn Əmir Abdüllahian arasında telefon danışığı baş tutub.
ONN media xəbər verir ki, tərəflər regiondakı vəziyyəti, xüsusən bir müddət əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş qarşıdurmanı müzakirə ediblər.
Mirzoyan həmçinin Tacikistan XİN rəhbəri Sirociddin Muhriddinlə də telefon danışığı aparıb.
Nazirlər ikitərəfli əlaqələr, Azərbaycan-Ermənistan sərhədindəki son proseslərlə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, bundan öncə Mirzoyan və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutmuşdu.