ötən gün Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.
ONN media-nın əldə etdiyi məlumata görə, R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.
Rəvanın özündən böyük bir qardaşı da var. Böyük qardaşı yenicə hərbi xidmətdən qayıdıb. O, Naxçıvanda xidmət edib.
R.Tağıyevin nəşi bu gün doğulduğu Salahlı kəndinə gətirilib və orada dəfn olunub.