Azərbaycanda koronavirusa 20 yeni yoluxma qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə ONN media-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.
Ölkədə indiyədək ümumilikdə 828 648 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 818 351 nəfər müalicə olunaraq sağalıb, 10 126 nəfər vəfat edib.