Əməkdar artist Murad Dadaşovla müğənni Natavan Həbibi küsülülüyə son qoyub.
ONN media xəbər verir ki, Bu barədə hər iki məşhur Instagramda video paylaşaraq elan ediblər. Videoda Heydər Əliyev Mərkəzinin parkında baş tutan konsertdə Dadaşovun sənətçini səhnəyə dəvət etdiyi anlar əks olunub.
Məlumat üçün bildirək ki, ikili Dadaşovun “ATV maqazin 10larla” proqramında açıqlamasından sonra küsmüşdülər. Şoumen Natavan haqqında “kiminsə acığına iş görür, özü deyil” demişdi. Natavan isə məsələyə münasibət bildirməkdən imtina etmişdi.