Sevdiyimiz salatları hazırlamaq üçün mütləq mayonezdən istifadə edirik. Amma mütəxəssislər mağazadan alınan mayonezin orqanizmə zərərli olduğunu bildirirlər. Ən yaxşısı mayonezi evdə hazırlamaqdır. Amma necə? ONN media mayonezin evdə hazırlanma qaydasını təqdim edir.
Ərzaqlar:
2 yumurta sarısı
Yarım stəkan bitki yağı (Zeytun yağı istifadə etmək məsləhət deyil)
2 xörək qaşığı sirkə, ya da limon suyu
1 çay qaşığı duz
1 çay qaşığı istiot
Hazırlanması:
Şüşə bir qabın içində yumurta sarılarını, limon suyunu və duzu çırpın. Yağı içinə yavaş-yavaş qataraq çırpmağa davam edin.
Qarışımın rəngi ağarmağa başladısa, bu, hazır olmağa başladığını göstərir. Bu zaman qalan yağı da əlavə edərək, daha sürətli çırpmağa başlayın və artıq mayonez hazırdır. Qeyd edək ki, evdə hazırladığınız mayonez iki gün ərzində istifadə olunmalıdır.
İstəsəniz, mayonez hazırlandıqdan sonra içinə sarımsaq, ya da xardal da əlavə edə bilərsiniz.
Nuş olsun!