Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 23-də Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib.
Bu barədə Prezidentin Mətbuat xidmətindən ONN media-ya məlumat verilib.
Prezident İlham Əliyev sakinlərlə görüşdü.
Sonra Mərdəkan-Qala avtomobil yolunun tikintisi layihəsi barədə məlumat verildi.
Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Sonda xatirə şəkli çəkdirildi.