Qaradağ rayonu Qobustan qəsəbəsində 21 yaşlı qız bədbəxt hadisənin qurbanı olub.
ONN media-nın xəbərinə görə, 1997-ci il təvəllüdlü Xanım Abdullayeva yaşadığı mənzildə dəm qazından boğularaq ölüb.
Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə məhkəmə tibbi ekspertiza şöbəsinə göndərilib.
Digər bir oxşar hadisə isə Sabunçu rayonunda qeydə alınıb.
1967-ci il təvəllüdlü Burcuyeva Yaqut Süleyman qızı Maştağa qəsəbəsindəki evinin hamam otağında dəm qazından boğularaq ölüb.
Hər iki faktla bağlı aidiyyatı rayon prokurorluqlarında araşdırmalara başlanılıb.