Bakı Dövlət Sirki yeni mövsümə başlayır

Bakı Dövlət Sirkində yeni mövsümdə “Beynəlxalq Sirk: Festival qalibləri” adlı beynəlxalq sirk proqramı nümayiş olunacaq.
ONN media xəbər verir ki, bu barədə jurnalistlərə proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası, Ümumdünya Sirk Sənəti Festivalının ali mükafatları laureatı Allahverdi İsrafilov bildirib.
Onun sözlərinə görə, noyabrın 27-nə kimi davam edəcək proqram ilk olaraq oktyabrın 12-də şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.
Əlavə olaraq, Bakı Dövlət Sirkində uzun illərdən sonra zəruri təmir – bərpa işləri görülməsindən də söz açılıb.
Bildirilib ki, restavrasiya işləri çərçivəsində sirkin oturacaqları əsaslı şəkildə yeniləri ilə əvəz olunub. Bundan başqa, təmir işləri zamanı sirkin zalının döşəmələri də tamamilə yenilənib.
Bakı Dövlət Sirkində yeni mövsümdə heyvanlarla, xüsusilə atlarla bağlı şou nümayiş olunacağı üçün onların saxlanılacağı ərazilər dünya standartlarına uyğun şəkildə təmir olunub.
Qeyd edək ki, Bakı Dövlət Sirkində restavrasiya işləri mərhələli şəkildə davam edəcək