ONN İnformasiya Agentliyi

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı

Dövlət Akademik Filarmoniyasının dekabr repertuarı
06 Dekabr 2022 - 12:14

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası dekabr ayı üçün tədbirlər planını açıqlayıb.


ONN media tədbirlər planını təqdim edir:
2 dekabr – Xalq artisti, dirijor Rauf Abdullayevin 85 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
5 dekabr – Xalq artisti, tarzən Əhməd Bakıxanovun 130 illiyinə həsr olunmuş konsert. (Azərbaycan Televiziya və Radiosunun Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblı)
6 dekabr – Braziliya Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Azərbaycan Dövlət Simli Kvarteti, Azərbaycan Dövlət Fortepiano Triosu)
9 dekabr – SSRİ Xalq artisti, dirijor, bəstəkar Niyazinin 110 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
17 dekabr – Braziliyanın Müstəqilliyinin 200 illiyinə həsr olunmuş I Braziliya Klassik Musiqi Festivalı çərçivəsində konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
20 dekabr -“Yeni adlar” layihəsi çərçivəsində konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri)
22 dekabr – Xalq artisti, bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və R.Hacıyev adına 15 nömrəli Uşaq Musiqi Məktəbi)
23 dekabr – Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
24 dekabr – Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin 30 illiyinə həsr olunmuş konsert.
26 dekabr – “Milli musiqi alətlərimiz milli sərvətimizdir” adlı konsert. (Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri)
27 dekabr – Xalq artisti, bəstəkar Rauf Hacıyevin 100 illiyinə həsr olunmuş konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)
28 dekabr – Əməkdar müəllim, professor Hökümə Əliyevanın tələbələrinin konserti. (Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri)
29 dekabr – “Yeni adlar” layihəsi çərçivəsində konsert. (Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png