Kamera və Orqan Musiqisi zalı noyabr repertuarını açıqladı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalı noyabr ayı üçün tədbirlər planını açıqlayıb.
ONN media tədbirlər planının siyahısını təqdim edir:
5 noyabr – “Şuşa İli” çərçivəsində “Şuşaya qayıdış” adlı Abonement №1 konserti. (Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının xor qrupu)
10 noyabr – “Gənclərə dəstək” layihəsi çərçivəsində Fortepiano Musiqisi axşamı. (Solist Prezident təqaüdçüsü, beynəlxalq müsabiqələr laureatı Firuzə Bəylərova)
12 noyabr – “Şuşa İli” çərçivəsində görkəmli bəstəkar Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş Abonement №1 konserti. (Azərbaycan Dövlət Fortepiano Triosu)
18 noyabr – Kamera Musiqisi Axşamı. (Solistlər Nərmin Rzayeva, Üzeyir Məmmədov)
19 noyabr – Azərbaycan və xarici bəstəkarlarının əsərlərindən ibarət Abonement №1 konserti. (Azərbaycan Dövlət Simli Kvarteti)
26 noyabr – Abonement №1 konserti. (“Cadenza” orkestri)