ONN İnformasiya Agentliyi

Əməkdar artist Şəfiqə Qasımova

Əməkdar artist Şəfiqə Qasımova
05 Dekabr 2022 - 10:11

Unutmayaq, unutdurmayaq!
5 dekabr (1924-2008) Azərbaycan Respublikasının Əməkdar artisti mərhum aktrisa Şəfiqə Qasım qızı Qasımovanın doğulduğu gündür. 

Şəfiqə Qasım qızı Qasımova 5 dekabr 1924-ci ildə Bakı şəhərində dünyaya qəlmişdir. O, balaca yaşlarında valideynlərini itirmiş və nənəsi tərəfindən böyüdülmüşdür. 

14 yaşında, Maestro Niyazinin Bədii Rəhbərlik etdiyi və Həbib İsmayılovun baş rejissor olduğu Musiqili Komediya Teatrının Xorunda çalışmağa başlayır.

Həm Azərbaycan, həm də Rus bölməsində oxumağa başladı. Gözəl səsə malik olduğundan dahi bəstəkar Üzeyir Hacıbəyov onu yaratdığı Filarmoniyanın Kapellasına dəvət etmişdir.

Cahangir Cahangirovun Bədii Rəhbərlik etdiyi Filarmoniyada Salman Dadaşov, Şövkət Məmmədova, “Sazçı qızlar” ansamblı, Xan Şuşinski, Seyid Şuşinski, Sara Qədimova, Şövkət Ələkbərova kimi sənətkarlarla birgə işləmişdir.

İkinci Dünya Müharibəsi illərində Azərbaycan Konservatoriyasına qəbul olundu və 1951-ci ildə Əfrasiyab Bədəlbəyli tərəfindən Akademik Milli Opera Teatrına dəvət edildi.

Opera səhnəsində Üzeyir bəyin “Arşın mal alan”-da Asiya, “Koroğlu”-da Xanəndə qız, Fikrət Əmirovun “Sevil”-də Gülüş və s. obrazları yaratmışdır.

Şəmsi Bədəlbəylinin bədii rəhbər olduğu və yenidən açılan teatra ilk gələn aktrisalardan oldu. Teatrın yaradılması onun aktrisa kimi imkanlarını daha da genişləndirir. Belə ki, bu teatr ilk açılışına məhz Şəfiqə xanımın baş rolu ifa etdiyi ”Durna” operettası ilə başlayır.

Uzun illər ərzində baş və xarakterik rolların ifaçısı oldu. Oynadığı tamaşalar arasında “Gözün aydın”, “Özümüz bilərik”, “Səndən mənə yar olmaz”, “Qızılaxtaranlar”, “Toy kimindir”, “Boşanib evlənərik”, “Ulduz”, “Qaynana”, “Nazxanım naz eləyir”,vəs.

Şəfiqə xanım həm də bir çox kinofilmlərdə yaratdığı obrazlarla yadda qalıb. Bu filmlər arasında “Ögey ana”, “Vulkana qarşı”, “Bizim məhəllənin uşaqları” və s.

90-cı illərdə Mədəniyyət Fondunun “Solmayan ulduzlar” kollektivinə dəvət edildi. Son illər bu teatrda oynanılan S. Vurğunun “Vaqif” tamaşasında Xuraman, C.Cabbarlının “Solğun çiçəklər”-ində Gülnisə obrazlarını yaratdı.

Oynadığı Gülnisə roluna görə C.Cabbarlı adına mükafata layiq görüldü. Son illərdə Vaqif Mustafayevin “Manifest”, “Milli bomba”, “20 Yanvar”, “Yoxlama” və Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmlərində rol almışdır.

2002-ci ildən prezident fəxri təqaüdünə layiq görülmüşdür.

3 aprel 2008-ci il tarixində dunyasını dəyişib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png