Ərdoğan Azərbaycanı təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

ONN media  xəbər verir ki, bu barədə dövlət başçısı “Twitter”də paylaşım edib.

“Aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimiz Can Azərbaycanın 18 Oktyabr Müstəqilliyin Bərpası Gününü ən səmimi duyğularımla təbrik edirəm”, – o vurğulayıb.