ONN İnformasiya Agentliyi

Ərdoğan Təhlükəsizlik Şurasını TOPLAYIR: Qarabağda və…

Ərdoğan Təhlükəsizlik Şurasını TOPLAYIR: Qarabağda və…
25 Noyabr 2021 - 9:52

Bu gün Beştəpədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

ONN media xəbər verir ki, iclasda daxili və beynəlxalq terrorla mübarizə əməliyyatları və regional məsələlər müzakirə olunacaq.

İclasın gündəliyi:

• Terror təşkilatının qış bazasına qarşı daxildə və xaricdə aparılan əməliyyatlarla bağlı son vəziyyət

• Sahədən gələn kəşfiyyat hesabatlarına uyğun olaraq yeni əməliyyatlar

• Şərqi Aralıq dənizi, Əfqanıstan, Suriya və Qarabağdakı vəziyyət

• Regional hadisələr başlığı altında Suriyanın şimalındakı terror təşkilatları başda olmaqla sahədəki son vəziyyət

• Yunanıstanın və Şərqi Aralıq dənizinin yunan hissəsinin təxribatçı addımlarına qarşı atılacaq addımlar

• Əfqanıstan, Liviya və Qarabağdakı son vəziyyət dəyərləndiriləcək.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png