Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Azərbaycan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib.
ONN media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, görüşdə həmçinin Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar da iştirak edib.