Ərdoğan AÇIQLADI: Ayasofyaya ödənişli giriş LƏĞV EDİLDİ

Xəbər verdiyimiz kimi, 86 il sonra qapıları ibadət üçün açılacaq Müqəddəs Sofiya kilsəsində (Ayasofya) ilk namaz qılınacağı gün məlum olub.

ONN media  xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

Muzeyin məscidə çevrilməsi ilə bağlı verilən qərardan sonra xalqa müraciət edən ölkə lideri bildirib ki, məbədin yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görülür:

“İyulun 24-də ilk Cümə namazı qılınacaq. Bununla da məbədə ödənişli giriş ləğv ediləcək”.