Ərdoğan Demetə TƏŞƏKKÜR ETDİ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Demet Akalına zəng edərək İnstaqram paylaşımına görə ona təşəkkürünü bildirib.

ONN media xəbər verir ki, yeni açılmış İstanbul-İzmir magistral yolunun şəklini paylaşan Demet “2 saatda dünya boyda yol gəldik. Bahalı deyilir, amma İtaliyada yollar addımbaşı puldur” yazıb. Akalının bu paylaşımı prezidentin diqqətindən yayınmayıb. O, İzmir yolunu təriflədiyi üçün müğənniyə çox sağ ol deyib.

Demet bunu da paylaşaraq yazıb: “3 gün ard-arda yuxumda prezidentimizi gördüm. Mənə zəng edəndə şoka düşdüm. Allah uzun ömür versin”.(qafqazinfo.az)