ONN İnformasiya Agentliyi

Ərdoğan və Ruhani telefonda danışdı – KRİTİK MÜZAKİRƏ

Ərdoğan və Ruhani telefonda danışdı – KRİTİK MÜZAKİRƏ
03 Dekabr 2020 - 23:17

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı Həsən Ruhani arasında telefon danışığı baş tutub.

ONN media xəbər verir ki, prezidentlər Türkiyə-İran münasibətlərinin inkişaf etdirilməsi və regional prosesləri müzakirə ediblər.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsində artıq yeni bir mərhələyə qədəm qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini poza biləcək istənilən hərəkətdən həssaslıqla çəkinməyin vacibliyini vurğulayıb.

O, Qarabağda sülh və sabitliyin yeni fürsətlərə yol açacağını, bunun Ermənistan da daxil olmaqla region ölkələrinin xeyrinə olacağını bildirib.

Türkiyə Prezidenti iranlı alim Möhsin Fəxrizadənin ölümü ilə bağlı da Həsən Ruhaniyə başsağlığı verib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png