ONN İnformasiya Agentliyi

13 may Hikmət Ziyanın doğulduğu gündür

13 may Hikmət Ziyanın doğulduğu gündür
13 May 2020 - 11:47

Unutmayaq, unutdurmayaq.

13 may (1929 – 1995) – şair, tərcüməçi, Azərbaycan Yazıçılar İttifaqı və Azərbaycan Jurnalistlər İttifaqının üzvü, Qabaqcıl maarif xadimi, Azərbaycanın Əməkdar incəsənət xadimi olmuş Hikmət Ziyanın doğulduğu gündür.

Hikmət Ziya Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Sonra valideynləri Ağdam şəhərinə köçür və Hikmətin uşaqlıq illəri Qarabağda keçir. Orta təhsilini Ağdam şəhər 1 saylı orta məktəbində alır. Sonra ali təhsil almaq məqsədilə Bakıya gəlir. Bakı Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olur.

Təhsilini başa vurduqdan sonra təyinatını “Azərbaycan pioneri “ qəzeti redaksiyasına alır. Burada uzun müddət (1952-1969) ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışır. 1969-1984-cü illərdə “Göyərçin“ jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləyir. 

Ədəbi yaradıcılığa 1952-ci ildə «Azərbaycan pioneri» qəzetində çap edilən «Qeqola» adlı ilk şeiri ilə başlamışdır. 1952-1969-də «Azərbaycan pioneri» qəzeti redaksiyasında ədəbi işçi, ədəbiyyat və incəsənət şöbəsinin müdiri işləyib. 1969-1984-də «Göyərçin» jurnalı redaksiyasında poeziya şöbəsinin müdiri, məsul katib vəzifələrində işləmişdir. 


İlk satirik şeirləri, eyni zamanda «Atamın hədiyyəsi» (1957), «Bahar gözəldir, ya qış?» (1959), «Milçək ürəyi» (1960) kitabları Hikmət Əfəndiyev imzası ilə çap olunmuşdur.  «Sınaq», «Ekiz qardaşlar» pyesləri tamaşaya qoyulmuşdur. Librettolarına («Nənəmin nağılı», «İkilərin sərgüzəştləri», «Solğun çiçəklər») və şeirlərinə musiqi bəstələnmişdir.

Ölkənin ayrı-ayrı şəhərlərində keçirilən uşaq və gənclər kitabı həftələrində, eləcə də təşviqat qatarı ilə səfərlərdə, yubiley təntənələrində iştirak etmişdir.

«Mozalan» satirik kino-jurnalı bədii şurasının, Ümumittifaq uşaq və gənclər ədəbiyyatı şurasının, «Azərbaycan pioneri» və «Literaturnıy Azerbaydjan» jurnalı redaksiya heyətinin üzvü olub.

Onun təmsillərində əliəyrilər, yaltaq və ikiüzlülər satira atəşinə tutulur. Qısa təmsillərinin əksəriyyəti öz ədəbi taleyi olan, həyat və insan haqqında yazılmış əsərlərdir. Bu təmsillər fəlsəfi ümumiləşdirmələr yolu ilə yarananda daha tutarlı səslənir. 

Hikmət Ziya 1995-ci il avqustun 2-də Bakıda vəfat edib.

Şairin ölümündən sonra onun adına “Hikmət Ziya” ədəbiyyat mükafatı təsis edilmişdir.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png