ONN İnformasiya Agentliyi

14 oktyabr Məmməd Arazın doğulduğu gündür

14 oktyabr Məmməd Arazın doğulduğu gündür
14 Oktyabr 2022 - 10:18

Unutmayaq, unutdurmayaq.

İbrahimov Məmməd İnfil oğlu 14 oktyabr 1933-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu, Nurs kəndində anadan olmuşdur.
1940-cı ildə  Şahbuz rayonunun Nurs kəndinin 1-ci sinfində təhsilə başlamışdır. 1945-ci ildə Atası İnfil kişi «xalq düşməni» adı ilə  Sibirə sürgün olunmuşdur.

1950-ci ildə APİ-nin coğrafiya fakültəsinə daxil olmuş və eyni zamanda yaradıcılığını da davam etdirmişdir. 1951-ci ildə Yazıçı İ.Şıxlının təşkil etdiyi ədəbi dərnəyin məşğələlərində iştirak edir. 1954-cü ildə APİ-ni bitirmiş, təntənəli buraxılış gecəsində məzunlara həsr olunmuş «Ayrılıq» şerini oxumuşdur.

1955-56-cı illərdə Şahbuz rayonunun Nurs kəndində müəllim işləmişdir. 1957-ci ildə Azərbaycan Nazirlər Soveti yanındakı Baş Mətbuat İdarəsində müvəkkil vəzifəsinə işə qəbul edilmişdir. 1957-ci ildə Azərbayçan Yazarlar Birliyinin üzvü olmuşdur. 1958-ci ildə 8 noyabrda ailə həyatı qurmuşdur. 1959-cu ildə «Sevgi nəğməsi» adlı ilk şerlər kitabı «Azərnəşr»də çap olunmuşdur.

1959-cu ildə Moskva SSRİ Yazıcılar İttifaqı nəzdindəki M.Qorki adına ikiillik Ali Ədəbiyyat kursuna daxil olmuşdur. 1963-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri vəzifəsinə irəli çəkilmişdir.

Məmməd Araz 1971-ci ildən Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə 1981-ci ilə qədər rəhbərlik etmiş. 1972-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində N.Nərimanovun anadan olmasının 100 illiyi ilə ədaqədar hazırlanmış xüsusi nömrədə verilmiş materiallara görə millətçi kimi baş redaktor müavini vəzifəsindən azad edilmişdir.
1974-cü il – Yeni nəşrə başlayan «Azərbayçan təbiəti» jurnalının baş redaktorluğuna irəli çəkilmiş və ömrünün sonuna qədər orada işləmişdir. 1974-cü il – «Həyatın və sözün rəngləri» adlı publisist kitabı nəşr edilir.
Məmməd Araz 7 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülmüşdür. 1995-ci ildə müstəqil Azərbaycanın ən yüksək mükafatı – «İstiqlal» ordeninə lyiq görülmüşdür.
1997-ci ildə «Yol ayrıcında söhbət» kitabı, 2001-ci ildə «Sənətdə son mənzil olmur» publisist kitabı nəşr olunmuşdur. 2002-ci ildə «Qayalara yazılan səs» kitabı Təbrizdə ərəb əlifbası ilə çap olunmuşdur. 2004-cü ildə dövlətin qərarı ilə ikicildliyi çap edilmişdir.

Məmməd Araz 2004-cü il dekabrın 1-də vəfat etmişdir. Fəxri Xiyabanda dəfn edilmişdir

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png