14 oktyabr Səttar Bəhlulzadənin vəfat etdiyi gündür

Unutmayaq, unutdurmayaq.

14 oktyabr (1909-1974) Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi, Azərbaycan xalq rəssamı, Azərbaycan Dövlət mükafatı laureatı Bəhlulzadə Səttar Bəhlul oğlunun vəfat etdiyi gündür. 

Səttar Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub.  Öz vətəninin gözəlliklərinə valeh olan Səttar Bəhlulzadə Azərbaycan təbiətinə həsr edilmiş yüzlərlə mənzərələr çəkib. Onun mənzərələrində biz Azərbaycan təbiətinin zəngin məzmunlu, əsl poetik obrazını görürük. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. Məşhur rəssamlar V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə ilk karikaturaları çap edilib. Əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskvanın və digər şəhərlərin muzeylərində saxlanılır. 

1974-cü il oktyabrın 14-də  Moskvada vəfat edib. Əmircan kəndində dəfn olunub.

Allah rəhmət eləsin.