ONN İnformasiya Agentliyi

18 SENTYABR MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNDÜR

18 SENTYABR MƏHƏMMƏDHÜSEYN ŞƏHRİYARIN VƏFAT ETDİYİ GÜNDÜR
18 Sentyabr 2020 - 10:00

Unutmayaq, unutdurmayaq!

18 sentyabr  böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın (əsl adı – Behcəti Təbrizi ) vəfat etdiyi gündür.

Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi gün, 18 sentyabr hər il İranda “Milli Şeir Günü” kimi qeyd edilir. “Ulu Şəhriyarın poetik aləmdə yadigar qoyub getdiyi ədəbi irs xəzinəsini yalnız eni-uzunu,dərinliyi ölçüyə gəlməyən dəryalar, okeanlarla müqayisə etmək olar”.

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Təbrizin Motahari və Tehranda Darülfünun məktəblərində almışdır. Tibb kolecində təhsil aldıqdan sonra Xorasanda, daha sonra yenidən Tehranda notarius və bank işlərində çalışmışdır.

Şəhriyarda ədəbiyyata maraq uşaqlıqdan var idi. Bu sahədə peşakarlaşmasında valideynlərinin az rolu olmamışdır. O 7 yaşından azərbaycanca, 9 yaşından farsca şeirlər yazırdı. Artıq 20-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınırdı. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və M.Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olmuşdur. Şəhriyar klassik şeirin bütün şəkillərində yazmış, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirmişdir. Hansı üslubda yazmasından asılı olmayaraq onun bir mövzusu var idi – Vətəninin mənəvi bütövlüyünü görmək, can qardaşlarının xoş sədasını eşitmək. Həyatının böyük bir hissəsini İranın müxtəlif şəhərlərində, Azərbaycandan uzaqlarda yaşamağa məcbur olan Şəhriyar özünün qəriblik qismətini vətənin taleyilə müqayisə edir, bu paralellikdə rəmzi bir məna görürdü.

Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunmuşdur.

Şəhriyar şeirlerini Azərbaycan türkcəsində və fars dillərində yazmışdır. O, İran ədəbiyyatının ən görkəmli liriklərindən sayılır.

Məhəmmədhüseyn Şəhriyar uzun müddət davam edən xəstəlikdən sonra 18 sentyabr 1988-ci ildə 82 yaşında Tehranda vəfat edir.

Vəsiyyətinə görə Təbrizin Şairlər məqbərəsində dəfn olunmuşdur.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png