20 avqust Xan Şuşinskinin doğum gündür

20 avqust (1901-1979) xanəndə, Azərbaycanın xalq artisti, Azərbaycan musiqi mədəniyyəti tarixinə qızıl hərflərlə yazılmış Xan Şuşinskinin (tam adı İsfəndiyar Aslan oğlu Cavanşir) doğum gündür.

İsfəndiyar Cavanşirov gənclikdə ona verilən “Xan” adının məsuliyyətini ömrünün sonunadək daşıyıb, Azərbaycan musiqisinin həqiqi Xanı olub.

Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi günümüzə onun cəmi 240 dəqiqəlik lent yazısı gəlib çatıb.

Xan Şuşinski 1979-cu ildə vəfat edib və Bakı şəhərindəki II Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət etsin.