“20 yanvar” və “Daşaltı əməliyyatı” qurbanları anıldı – İZMİRDƏ!

ONN
media xəbər verir ki, 26 yanvarda Türkiyə Respublikası İzmir şəhərində fəaliyyət
göstərən Azərbaycan Mədəniyyət və Həmrəylik Dərnəyində, “20 yanvar faciəsi” və
1992 ci ildə “Daşaltı əməliyyatı” kimi tarixlərə keçən hərbi əməliyyatlın il
dönümülə əlaqədar mərasim keçirilib.

Hər iki
faciə haqda Dərnək sədri Mülazim Pahşa, sədr müavini Əşrəf Dunay, Türkmənlərin
İzmirdəki nümayəndəsi Teymur Daş və yazıçı-jurnalist Nigar Ögeday ətraflı məlumat
veriblər.

Tədbirdə
qeyri-hökumət təşkilatları, siyasi partiya nümayəndələri və gənclər iştirak
edib.

Tədbirdə
bütün şəhidlərimizin ruhuna dualar oxundu.