ONN İnformasiya Agentliyi

26 aprel Mirəli Seyidovun vəfat etdiyi gündür

26 aprel Mirəli Seyidovun vəfat etdiyi gündür
26 Aprel 2020 - 15:19

Unutmayaq, unutdurmayaq!

26 aprel (05.05.1918 – 26.04.1992) Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuş, tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor,
Azərbaycanın Əməkdar elm xadimi, Azərbaycan milli yaradıcılıq akademiyasının müxbir üzvü, Azərbaycanda mifologiya məktəbinin əsasını qoymuş və inkişaf etdirmiş Seyidov Mirəli Mir Ələkbər oğlunun vəfat etdiyi gündür.

Mirəli Seyidov 1918-ci il may ayının 5-də Qərbi Azərbaycanın İrəvan şəhərində anadan olub. Qədim Türk yurdu İrəvanda ibtidai məktəbi, sonra Bakıda Hidromeliorasiya texnikumunu bitirmişdi. Ali təhsilini İrəvan Pedoqoji İnstitutunun Azərbaycan bölməsində və Ermənistan Dövlət Universitetinin Şərq şöbəsində alan Mirəli Seyidov təhsilini başa vuran kimi Bakıya gəlmiş, Ədəbiyyat Muzeyində şöbə müdiri, sonralar Nizami adına Dil və Ədəbiyyat İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

Mirəli Seyidov qədim türk abidələrininn öyrənilməsi yolu ilə ilkin türk mifologiyasının meydana çıxması haqqında dəyərli fikirlər söyləmiş, onu elm kimi sistemləşdirmişdir. Böyük alim türk xalqlarına aid mifoloji onqonları, tanrıları və inamları öyrənərək türk xalqlarının mifoloji-fəlsəfi, bədii təfəkkür aləminin inkişaf edib gəldiyi mürəkkəb yolları aydınlaşdırmağa müvəffəq olmuşdur.

Mirəli Seyidov 26 aprel 1992-ci ildə Bakı şəhərində vəfat etmişdi.

Allah rəhmət eləsin. Ruhu şad olsun.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png