ONN İnformasiya Agentliyi

3 mart Fərman Kərimzadənin doğulduğu gündür

3 mart Fərman Kərimzadənin doğulduğu gündür
03 Mart 2021 - 10:33

Unutmayaq, unutdurmayaq!

3 mart Azərbaycanlı yazıçı-nasir Fərman Kazımzadənin doğum günüdür.

Fərman Kərimzadə 1937-ci il martın 3-də Ermənistanın Vedi rayonunun Böyük Vedi kəndində anadan olmuşdur. İbtidai təhsilini orada almış (1944-1951), orta məktəbi isə Beyləqan rayonunun Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil almışdır (1955-1960).

İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında orta məktəb müəllimi olmuşdur (1962-1965). Sonra “Yüksəliş” rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdürü, məsul katib işləmişdir (1962-1965). Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun ssenari fakültəsinin ikinci kursunu bitirmişdir (1965-1967). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, “Abşeron”, “Ədəbiyyat və incəsənət” qəzetlərinin redaksiyasında şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı adına “Azərbaycan film” kinostudiyasında kollegiya üzvü (1970-1977), “Ədəbiyyat və incəsənət” qəzetinin xüsusi müxbiri (1977-1980) olmuşdur. Şüvəlan yaradıcılıq evinin direktoru (1980-1981) işləmişdir.

F.Kərimzadə “Çaldıran döyüşü”, “Xudafərin körpüsü” tarixi əsərlərinin, “Təbriz namusu”, “Qarlı aşırım” (bu əsərin əsasında “Axırıncı aşırım” bədii filmi çəkilmişdir), “Qoca qartalın ölümü” və sair məşhur əsərlərin müəllifidir.

F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir.Qızı Yeganə xanım onun ölümünü belə xatırlayır:”1988-ci il hadisələrində Vəzirov atamı yanına çağırıb deyib ki, sən o bölgədənsən, adamların yerləşdirilməsi ilə məşğul ol. Atam evdən pul aparıb camaata paylayırdı. Onlara geyim alırdıq. Yadımdadır, insanlar Qərbi Azərbaycandan köçəndə ermənilər onları tutmasın deyə qamışlıqda gizlənmişdilər. Atam Naxçıvandan olan əsgərlərlə birlikdə onlara kömək edib. Atamın dilində bir söz var idi: “El içində, öl içində”.

Atam böyük ürəkli insan idi. O, Tərtərin və ətraf bir neçə kəndin köçürülməsində atamın böyük rolu olub. Atam insanları Tərtərdə yerləşdirdikdən sonra Kələcərə gedirdi. Yenidən Tərtərə, kəndə qayıdanda görüb ki, bir qadın 5 uşağı ilə ortalıqda qalıb. Atamı görən kimi qadın ütsünə qaçıb, ağlamağa başlayıb ki, mən küçələrdə qalmışam. Atam əsəbləşərək deyib: “Kişi olun, bir qadını 5 uşaqla ortalıqda qoymusunuz?!”. Bu vaxt atamı insult vurub. Gecə saat 4-də həkimin evində dünyasını dəyişib.”

Fərman Kazımzadə 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fərman Kərimzadə eyni zamanda bir çox filmlərin ssenari müəllifi olub.

Fərman Kazımzadə 17 mart 1989-cu ildə vəfat edib.

Allah rəhmət eləsin.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png