ONN İnformasiya Agentliyi

5 yanvar İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür

5 yanvar İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür
05 Yanvar 2020 - 10:01

Unutmayaq, untdurmayaq!
5 yanvar  (05.01.1819, Naxçıvan-1918, Naxçıvan) hərbi xadim, general-leytenant, sonuncu Naxçıvan xanı Ehsan Xan Kəngərlinin oğlu, Kəlbəli Xan Naxçıvanskinin qardaşı İsmayıl Xan Naxçıvanskinin doğulduğu gündür.

Tiflis hərbi gimnaziyasını bitirmiş (1839), bir il sonra poruçik rütbəsi almışdır. Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Naxçıvanski ştabs-kapitan, alay komandiri kimi polkovnik, süvari qoşunu general-mayoru və daha sonra general-leytenant rütbəsinə qədər ucalmışdır.

Ordudan general-leytenant rütbəsi ilə tərxis olunan Naxçıvanski vətənində abadlıq işləri ilə məşğul olmuş, Naxçıvana su çəkdirmiş, kəhrizlər qazdırmış və tarixi abidə kimi bugünədək qorunan künbəzli hamam tikdirmişdir.

Xurşud Banu Natəvanın qızı Xanbikə xanımı oğlu Əman xana alıb, Qarabağ xanlığı ilə qohum olmuşdur.

Allah rəhmət eləsin!

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png