ONN İnformasiya Agentliyi

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? 

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? 
15 Sentyabr 2021 - 20:26

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməyə başladı. Bu gün yaşından və ya cinsindən asılı olmayaraq istənilən insan sosial şəbəkələrin, o cümlədən moda reklamlarının qəhrəmanı ola bilər.

ONN media oxucuları instaqramın 56 yaşlı dəb ulduzu Qres Qanemlə tanış edib. O, öz timsalında hər gün göstərir ki, üslubun yaşı olmur və gənc görünmək üçün ağarmış saçları rəngləməyə ehtiyac yoxdur.

Qresin sözlərinə görə, dəb dünyasının ilhamverici pərisi olmaq onun planlarına daxil deyildi. Livanda dünyaya gələn Qres ixtisasca mikrobioloq olsa da, Kanadaya köçdükdən sonra idmanla məşğul olmağa qərar verir. Zövq duyumunun formalaşmasında Qresin anası ilə nənəsinin böyük rolu olub, amma geyim sənayesindəki bugünkü uğurunu o, onu öz bloqunu yaratmağa həvəsləndirən qızına borcludur.

“Qızımdan xahiş etdim ki, instaqram ulduzlarının səhifələrini mənə göstərsin. O, məni özüm olmağa və təbiiliyi qoruyub saxlamağa çağırdı. Dəb cərəyanlarını təqib etmir və zamanın sınağına dözə biləcək geyimlərə üstünlük verirəm. Buna görə də, estetikası ani dəyişikliklərə az məruz qalan Fibi Faylonun və “Botega Veneta”nın dizayneri Daniela Linin imzasına daha çox üstünlük verirəm” , – Qres moda jurnallaırna açıqlamasında bildirib.

56 yaşlı moda qadını necə olmalıdır?

Qəribədir ki, Qresin bu suala cavabı yoxdur. Dediyinə görə, indi də 20 il əvvəlki kimi geyinir, etiraf edir ki, hələ də çox qısa şortlar və mini paltarlar geyinməkdən qorxmur. Ədalətli olmaq lazımdırsa, deməliyik ki, bədəni də ən cəlbedici fasonları sınaqdan keçirməyə icazə verir. Eyni zamanda, bütün rənglərin ən uğurlu harmoniyasını yarada bilən mahir bir ustadır. Ən parlaq rənglərə üstünlük verən 56 yaşlı qəhrəmanımız müxtəlif naxışları da bir-biriylə birləşməyi çox sevir. Gəlin onun obrazıları tanış olaq…

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png