ONN İnformasiya Agentliyi

“91-lər”dən məşhur professor prezidentə dəstək oldu!

“91-lər”dən məşhur professor prezidentə dəstək oldu!
21 Mart 2020 - 13:50

Dəyərli həmvətənlərim, əziz qardaşlar və bacılar!

Nəsil-nəsil unudulmayacaq tarix budur ki, qeyrətli ulu babalarımızdan bizə miras qalmış Vətənimizi işğalçı, qəddar imperiyanın 200 illik odlu zəncirini qıran, milli azadlıq yolunda onlarla şəhid verərək, Azərbaycanın müstəqilliyini qazanan qüvvə Sizin-xalqımızın birliyində idi. Unutmayaq ki, XXI əsr bəlalı əsrdir, hansı xalq bu əsrə yuxulu girsə, ölü çıxacaqdır! Ancaq Azərbaycan xalqı Vətən naminə, torpaq naminə canından keçən, qanlı düşmənlə göz-gözə dayanan, polad iradəsi, sağlam birliyi olan xalqdır. Belə bir xalq ölər, ancaq düşmənə sınmaz!

Dünya ictimaiyyətinə də sirr deyildir ki, 30 ilə yaxın 20 faizdən artıq torpaqlarımızı işğal altında saxlayan, dovşandan qorxaq olan hayların adı ilə bir milyondan artıq vətəndaşımızı öz doğma dədə-baba torpaqlarından qan-qada içində qaçqın salan, Azərbaycanın müstəqilliyi ilə barışmayan, Azərbaycanı özündən asılı saxlamağa çalışan qüvvələr hər vəclə Vətənimizdə stabilliyi pozmağa cəhd edir.

Dəyərli həmvətənlər, torpaqlarımız işğaldadır, Vətən uğrunda şəhidlərimizin qisasını hələlik ala bilməmişik. Lakin inanıram ki, inşallah ən qısa zama içində şanlı ordumuz indiyə qədər itirdiyimiz bütün dədə yurdlarımızı düşməndən azad edəcək və şəhidlərimizin qanı yerdə qalmayacaqdır.

Dəyərli həmvətənlər, son aylarda bəşəriyyət böyük bir təhlükə ilə qarşı-qarşıya qalmaqdadır. Dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyası dürmadan genişlənməkdədir. Bu beynəlxalq bəla əfsuslar olsun ki, dünyanın bir parçası olan Vətənimizi də hədələməkdədir.

Dəyərli həmvətənlər, əziz qardaşlar və bacılar!  Bu da tarixi bir cəngdir və birlik, bərabərlik tələb edən böyük bir sınaqdır! Bu bəladan xilas olmaq üçün şəxsən öz ailələrimizin, başdan-başa bütün xalqımızın sağlam xilası naminə mütəxəssislərin məsləhətlərinə sözsüz əməl etməli, hamılıqla çəkici bir zindana vurmalıyıq.

Bu beynəlxalq bəladən mümkün qədər az zərər çəkmək üçün dövlət öz üzərinə düşən qabaqlayıcı tədbirləri vaxtında görür və görməkdə davam edir.

Mən xalqının, vətəninin taleyinə candan bağlı olan, Vətənin ən ağır və fəlakətli dövrlərində dövlətçiliyini müqəddəs sevgi ilə qorunmasında fəal iştirak edən və qorumağa hər zaman təmənnasız hazır dayanan qorxmaz, çəkinməz bir vətəndaş ziyalı kimi dünən də, bu gün də özümü ümummilli liderimizin məşhur “91-lər” siyasətinin sadiq əskəri hesab etmişəm və edirəm.  

Elə bu baxımdan da cənab prezident İlham Əliyevin Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında imzaladığı Fərmanı mən də Vətənin bir ziyalısı, içtimai-siyasi xadimi, bir alimi kimi dəsdəkləyir və müvafiq hesaba bir vətəndaş kimi öz pensiyamdan ödəniş etməyimi özümə Müqəddəs Borc bilirəm.

Bu Vətən bizim hər birimizindir. Unutmayaq ki, bizlər bir yerdə güclü və yenilməz oluruq.

Tanrının məhəbbəti Azərbaycanımızı qorusun!

   Prof.Dr.  Əjdər Tağıoğlu (İsmayılov) “Turan Araşdırma Mərkəzi”nin sədri.    20.03.2020

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png