ONN İnformasiya Agentliyi

Ad günündə sevgilisini və dostunu güllələdi – DƏHŞƏTLİ OLAY

Ad günündə sevgilisini və dostunu güllələdi – DƏHŞƏTLİ OLAY
18 Noyabr 2019 - 21:37

İstanbulun Aydın ərazisində oğlan parkda sevgilisini və dostunu güllələyib.

ONN media xəbər verir ki, 27 yaşlı Məhəmməd Gürsoyla sevgili olan 19 yaşlı Mərvə Kotan ayrılmaq istəsə də, Məhəmmədin təhdidlərindən çəkinərək ayrıla bilməyib.

Mərvənin əvvəl-axır ondan ayrılacağını bilən Məhəmməd ona “qara yaxmaq” üçün çirkin plan hazırlayıb.

O, dostu 22 yaşlı Ekim Türkməni və sevgilisini eyni vaxtda parka çağıraraq, ad gününü qeyd edəcəyini deyib.

Onlar parkda içki içib, söhbət ediblər.

Söhbət əsnasında yenidən Mərvə ayrılacağını söyləyəndə, Məhəmməd iki gün əvvəldən avtomobilində saxladığı silahı götürərək, onun başından silahla vurub.

İki gülləni də 22 yaşlı dostu Ekimə vuran qatil hadisə yerindən qaçıb.

Qısa vaxtda polis tərəfindən tutulan Məhəmməd məhkəmədə qətli namus üstündə törətdiyini, Mərvənin ona Ekimlə xəyanət etdiyini bildirib.

Mərvənin atası və qardaşı buna etiraz edəndə, Məhəmməd əli qandallı vəziyyətdə onlara hücum edib.

Polis müdaxilə edərək onları ayırıb.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png