ONN İnformasiya Agentliyi

Aeroport yolundakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ YAYILDI – ANBAAN VİDEO

Aeroport yolundakı dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ YAYILDI – ANBAAN VİDEO
14 Oktyabr 2021 - 9:55

Dünən səhər saatlarında Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib.

Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 116 DQN-lı sərnişin avtobusuna çırpılıb.

İlkin məlumata görə, hadisə yük avtomobili sürücüsünün sükan arxasında yuxulaması səbəbindən baş verib. Belə ki, sürücü yuxuladığından avtomobil idarəetmədən çıxaraq avtobusa dəyib. Nəticədə avtobus da aşıb.

Hadisə nəticəsində 5 nəfər həlak olub, 21 nəfər yaralanıb. Xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 13 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qəza anının görüntülərini təqdim edirik:

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png