Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirildi – VİDEO

Noyabrın 20-də erməni işğalından azad edilən Ağdamda 27 ildən sonra ilk dəfə azan səsləndirilib.

Azərbaycanın bir qrup din xadimi Ağdamın mərkəzində yerləşən Cümə məscidinə gediblər.

Dindarlar məsciddə azan verib, namaz qılıblar. (report)