ONN İnformasiya Agentliyi

Aktyor Habil Xanlarov: Gecələr dayanacaqda maşın yuyub,nəzarətçilik edib… – MÜSAHİBƏ

Aktyor Habil Xanlarov: Gecələr dayanacaqda maşın yuyub,nəzarətçilik edib… – MÜSAHİBƏ
01 Avqust 2021 - 16:24

Habil Xanlarov 1990- 1995 – ci illər ərzində Fizuli Dövlət Dram Teatrında çalışmışdır. Burada bir çox yadda qalan obrazlar yaratmışdır. 1995-ci ildən Sumqayıt Dövlət Dram tetatrının aktyorudur. Uzun illər aktyorluq sənətində uğurlu işlərə imza atmışdır. N.Muradoğlunun “Zülmətdə nur” əsərində H.Cavid obrazına görə “İlin aktyoru” adına layiq görülüb.Tamaşa Azərbaycan televiziyası ilə çəkilib qızıl fondunda saxlanılır. Dəyərli sənətkar Habil Xanlarovun yaşadığı acınacaqlı vəziyyətlə  bağlı ONN media maraqlanaraq həmsöhbət oldu. Hörmətli Habil bəylə hazırladığımız müsahibəni təqdim edirik.

Habil bəy, uzun illərdir ki, aktyorluq sənətində uğurlu işlərə imza atmısınız. Aktyorluq sənətinə olan arzunuz nə vaxt yaranıb?

– Sənətə uşaqlıqdan marağım yaranıb.Orta məktəb illərində bütün tədbirlərdə yaxından iştirak edirdim. Müəllimlər həvəsimi,istedadımı nəzərə alıb, tədbirlərin hazırlanmasına qədər məsləhət və fikir öyrədirdilər.Bir sözlə sənət mənim üçün başqa bir dünyaydı o illər. Bu gün ağır vəziyyətlə üzləşəcəyim ağlıma belə gəlməzdi.Mənim xoşbəxtliyim yalnız oynadığım obrazlardadı.Gəncliyim səhnədə oynadığım obrazlarda qaldı. Ailəliyəm və beş övladım var.Gecələr dayanacaqda maşın yuyub,nəzarətçilik edib,yuxu yatmıyıb gündüzlər hamıdan öncə səhnədə,məşqimdə,tamaşalarda olmuşam.İndiyə qədər də, pandemiya dövründə də nə tapşırıq, tövsiyə olubsa ilk mən olmuşam öndə. Məlum səbəblərdən Füzuli Dövlət dram teatrı Sumqayıt Dövlət teatrında məskunlaşdığı dövürdən hər iki teatrın qəhrəman obrazları mənə həvalə olunurdu. Film və seriyallardan, dublyajlardan dəvət gələndə də mən həmişə teatrı düşünmüşəm ki,mənə görə, kollektiv pis vəziyyətdə qalmasın.Bəlkə də teatrı düşünməsəydim ən azından maddi durumum bu vəziyyətdə olmazdı. 2003 –cü  ildə Mədəniyyət Nazirliyi tərəfindən Horadizə Füzuli teatrına quruluşçu rejissor həm də aktyor kimi, teatrın orada yenidən işləməsi və yaradıcılığına bərpə olaraq göndərildim.Turuppanın çox heyəti qayıtmadığına görə, Horadizdə gənc istedadlı gəncləri teatra dəvət edib və onları hazırlayıb cəlb edirdim. Hal-hazırda həmin gənclər artıq teatrda çalışırlar.Orda da mənə şərait yaradılmadı, aldığım əmək haqqı kirayələrə,ərzaqlara zorla yetirdi.O,vaxtlar orda yeni bərpa işləri getdiyi üçün məni evlə təmin edilməsi alınmırdı.Hətta oradan, İcra Hakimiyyətindən mənə məsləhət gördülər ki,yenidən məskunlaşdığım yərə Sumqayıt şəhər 6 ci mr 27 saylı məktəbə qayıdım. Elə də oldu. Muqaviləm bitdi, 2005-dən Sumqayıt teatrına qayıtdım.Bu günə  qədər də orada çalışıram. Bütün tamaşalarda yenə əsas obrazları canlandırmışam və canlandırıram. Dövlət tədbirlərində yaxından iştirak  etmişəm. Aparıcı,qirayətçi Üzeyir Hacıbəyov, Mir Cəlal Paşayev, A.Duma və.s .İlin aktyoru,ilin xarakterik aktyoru naminasiyasina, Heydər zirvəsi fəxri diplomuna, mono tamaşalar festivalında diploma və tərəqqi medalına layiq görülmüşəm.

30 ildən artıqdır ki, aktyorluq sənətindəsiniz. Bu günə kimi hər hansı bir ad ala bilməməyinizin səbəbini nədə görürsünüz?

– Qeyd etdiyim kimi, fəxri ad almağıma görə, yetərincə iş stajı və oynadığım obrazlar,diplomlar bəs edər ki,bu adlara layiq görülüm. Bildiyiniz kimi, tearda  və şəhər rəhbərliyində tez-tez kadır dəyşikliyi olurdu. Dövlət tədbirlərində, eləcədə yenə mən işimlə öndə gedən  aktyorlardan idim.

Onların bildirdiklərinə görə, təqdimatım göndərildi. Bəxdimdəndirmi, nədəndirmi bilmirəm. Adım çıxmırdı. Məncə bu növbəli şəkildə olmalı idi. Eyni aktyora təkrar-təkrar adların, mükafatların və digər mükafatların verilməsi, Sumqayıt teatrında bu göstərici az sayda olduğuna görə və bu işdə sanki köhnə nazirliyində diqqəti yox dərəcəsindəydi.Onlar üçün istedadlı,teatr narmativlərini dolduran aktyor önəm daşımırdı.Bir sözlə adamın adamı olsun prinsipiydi.

Sosial mediada etdiyiniz paylaşıma toxunmaq istərdim. Paylaşımınızda qeyd etmisiniz ki, uzun illərdir ailənizlə şəraiti olmayan bir evdə çətin günlər yaşayırsınız. Adiyyatı qurumlar niyə bu məsələyə biganə yanaşırlar?

– Yaşadığım yer məktəbin həyətində yardımçı,istismar müddəti başa çatmış bir tikilidi. İnanın yağan yağış,qar içəriyə yağırdı.Məcbur qalıb banklardan kredit götürüb damını düzəltdirmişəm.Amma,nə fayda tikili köhnə olduğuna görə, uçulur,dağılır,nəmişlik,rutubət və binaların zirzəmisindən qaçan siçovullar,siçanlar evə dolur. Həttə övladlarıma belə hücum ediblər. Dəfələrlə qaçqın köçkün komitəsində olmuşam.Cənab prezidentin göstərişinə əsasən Sumqayıt və st.Sumqayıt deyilən ərazilərdə ev növbəsinə qeydiyata aldılar.Yenə nədənsə yada düşmədim.Səbəb onu göstərdilər ki,yalnız hələki qaçqınların kompakt yaşadıqları yerlər köçürülür (məktəb ərazisində də yalnız mənim ailəmdi məcburi köçkün).Yenidən qəbula düşdüm və  yenə bildirdilər ki, 2 partiya evlə təmin olunacaqsan.Vətən müharibəsi zamanı torpaqlarımız işğaldan azad olunduğuna görə, qaçqın və məcburi köçkünlərə evlərin verilməsi dayandırıldı.Səbəb bu göstərilir.Bilirəm,yeni müharibədən çıxmış bir ölkəyik, hələ də bu münaqişə davam edir.Amma,bu o demək deyil ki, mən və ailəm bu əziyyəti çəkməyə məcburuq.Ən azından müəyyən bir vaxta qədər yaşadığım yerin təmir və bərpasına köməklik olunardı. Bu barədə də müraciət etmişəm Dövlət Qaçqın Komitəsinə və Sumqayıt İcra Hakimiyyətinə. Sadəcə verdikləri cavab bu olub ki, prezident bizə bu barədə köməkliyə pul ayırmayıb.Məgər Cənab Prezident bu barədə sərancam imzalamalıdı? Bəs sizin vətəndaşa xidmətiniz köməyiniz nədən ibarətdir?

Ömrüm nece keçdi bilmirəm amma övladlarıma görə,  narahatam ki, sabah mən olmasam onların durumu necə olacaq!?…

Sumqayıt Dövlət teatrının rəhbərli bu məsələ də sizə necə dəstək göstərirlər?

– Rəhbərlik tez-tez dəyişirdi. Bu barədə söhbət düşəndə mənim imkanım yoxdu köməklik etməyə cavabınə alırdım yada ki, təskinlik üçün yaxşı olacaq, sən teatrımızın aparıcı yükü olan aktyorsan.Təqdimad göndərmişəm həllini nazirlik edir deyirlər.İndi bildim ki,həlli üçün gərək ora getməliymişəm.Yəqinki yeni nazirimiz əsil haqqı olanı qiymətləndirər.

Son olaraq nə söyləmək istərdiniz?

Səidə xanım, mənim beş övladım var. Övladlarım böyüyüb. Dörd qızım, bir oğlum var. Oğlum artıq Hərbi ximətə hazırlaşır. İnanın ki, mən evdə bir yer tapıb oğlumun bir-iki dostunu qonaq dəvət edib elə Hərbi xidmətə yola sala bilmirəm. Həm imkan baxımından, həm də evin şəraiti baxımından. Qızlarda böyüyüb. Olarında ailə qurmaq vaxtıdır. Mən gələn elçinidə qəbul edə bilmirəm. Uşaq özüdə istəmir ki, bu cür şəraitə hansı elçini gətirim? Çox acınacaqlı vəziyyət yaranıb. Bunun çox səbəbi özümdədir. İnsanlara aldanmışam, verilən vədlərə aldanmışam. İrəli düşüb, sözümü deyən olmayıb. Yalnız və yalnız əlimdə sübut həyat verdiyim obrazlardı. İştirak etdiyim tədbirlərdir. İndi baxıram ki, bunlarada qiymət verilmir.Çox təəsüflər olsun…

Habil bəy, Sizə təşəkkür edirəm zaman ayırdığın üçün. İnanırıq ki, illərlə yaşadığınız acınacaqlı vəziyyət son tapar. Lazımi dətəyi tez bir zamanda Sizə göstərərlər.

– Səidə xanım, Sizə və ONN İnformasiya Agentliyinə təşəkkür edirəm. Maraqlanıb, diqqətdə saxladığınız üçün.

Səidə Seyidova

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png