Arif Babayevin səhhətilə bağlı SON XƏBƏR

Xalq artisti Arif Babayevin oğlu Yaşar Babayev atasının səhhətindən danışıb.

ONN media xəbər verir ki, “MTV” kanalına açıqlama verən Yaşar, hazırda atasının vəziyyətinin yaxşı olduğunu bildirib:

“Atam hazırda Türkiyədə həkim nəzarətindədir. Yavaş-yavaş sağalır. İki həftəyə Azərbaycana qayıdacaq. İnsult keçirmişdi. Çox sevinirik ki, müalicənin nəticəsi yaxşıdır. Sağ-salamat gələr inşallah”.

Xatırladaq ki, Arif Babayev ötən il insult keçirib.