ONN İnformasiya Agentliyi

Arif Quliyevin vəziyyəti ilə bağlı ÜZÜCÜ XƏBƏR GƏLDİ

Arif Quliyevin vəziyyəti ilə bağlı ÜZÜCÜ XƏBƏR GƏLDİ
04 May 2021 - 14:31

“Təəssüf ki, Xalq artisti Arif Quliyevin vəziyyəti pisləşib”.

ONN media   xəbər verir ki, bunu oxu.az-a açıqlamasında “Yeni klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.

Onun sözlərinə görə, koronavirusun beyin əlamətləri də olur və beyin damarlarında zədə yarada bilir:

“Hazırda Xalq artistində bundan şübhələnirik. Bu gün bu istiqamətdə müayinələr aparacağıq. Dünən xəstəni oyandırmağa çalışırdıq, amma beyinin oyanması istədiyimiz səviyyədə deyil. Hazırda A.Quliyevin vəziyyəti kritikdir”.

Qeyd edək ki, A.Quliyev bir müddət əvvəl yeni növ koronavirusa (COVID-19) yoluxub. O, “Yeni klinika”nın reanimasiya və intensiv terapiya şöbəsinə qəbul edilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png