ONN İnformasiya Agentliyi

Aygün Attarın kitabı Avropada nəşr edildi

Aygün Attarın kitabı Avropada nəşr edildi
03 Mart 2019 - 21:05

Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı disertasiyaya elmi rəhbərlik etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Bir Modernite Sorunu Olarak Ermeniçilik” elmi əsəri bu günlərdə ingilis dilində Avropada nəşr edilib.

Professor Aygün Attar xüsusi olaraq ONN media vasitəsi ilə Azərbaycandakı oxuculara bu əsərin mövzuyla maraqlananlar üçün siyasi tarix həm də bir siyasət elmi stolüstü kitabı olaraq tədqiqatı məqsədiylə hazırlanmış olan araşdırmanın giriş/başlanğıc fəsillərində, siyasi ədəbniyyatda mühüm bir termin və məfhum olan “Modernite/Müasirlik” ilə buna bağlı aydınlanma, kapitalizm və bu kimi məfhumlar siyasət elmi çərçivəsində öyrənildiyini bildirdi.

O, araşdırmada, ermənilərin millətləşmə prosesi, şəxsiyyət mübahisələləri, coğrafiya mübahisələri, erməni tarix yazanları kimi mövzular da yuxarıda ifadə etdiyimiz çərçivədə öyrənilməkdədir. Erməni tarixinin son 400 ili: Kapitalistləşən Erməniçilik (1630-1750), Siyasiləşən Erməniçilik (1750-1890), Terroristləşən Erməniçilik (1890-1918), Dövlətləşən Erməniçilik (1918-1990) və Globallaşan Erməniçilik yarımbaşlıqlarında tədqiq edildiyi vı bu cəhətiylə kitab, mövzunu xronoloji bir sistem ilə deyil tarixi və siyasi baxımdan yazıldığını qeyd etdi.

Eyni zamanda bir çox dildə elmi qaynaqlara dayanaraq hazırlanan bu kitabla sadəcə Azərbaycanın və Türk dünyasının deyil bütün dünyanın, ələlxüsus Qərb ictimaiyyətinin həqiqi bilgi və sənədlərə istinad edilərək məlumatlandırılmasını qarşıya məqsəd qoyulduğunu və bu vəsiləylə kitabın Azərbaycanın, məruz qaldığı işğal səbəbiylə yaşadığı məhrumiyyətinin izah edilməsinə tarixi tezislərlə böyük köməklik göstərəcəyi kimi, Türkiyəyə qarşı uzun illərdir şamil edilən Sözdə Erməni soyqırımı iddialarının arxasında yer alan Qərbin oynadığı rol da öz sənədləriylə qiymətləndirilməkdədir.

Kitabın son fəsil və nəticə hissəsi etibarıyla Qarabağ məsələsi və Cənubi Qafqaz geosiyasətinə bağlı aktual məsələlər ehtiva etdiyindən başda Xocalı soyqırımı olmaqla yaxın keçmişdə və 31 Mart 1918-ci il tarixində işğalçı Ermənistan tərəfindən ortaya qoyularaq reallaşdırılan bütün insani fəlakətlərə də təsirli şəkildə diqqət çəkməkdədir.

Hazırladı NİGAR xüsusi olaraq ONN üçün-Türkiyə

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png