Aygün Attarın kitabı Avropada nəşr edildi

Türkiyədə yaşayan həmyerlimiz, içtimai siyasi xadim, tanınmış
tarixçi, Türkiyədə ilk dəfə “Xocalı Soyqırımı” adlı disertasiyaya elmi rəhbərlik
etmiş, Türk dünyasının dəyərli ziyalısı Aygün Attarın “Bir Modernite Sorunu
Olarak Ermeniçilik” elmi əsəri bu günlərdə ingilis dilində Avropada
nəşr edilib.

Professor Aygün Attar xüsusi olaraq ONN media vasitəsi ilə Azərbaycandakı oxuculara bu əsərin mövzuyla maraqlananlar üçün siyasi tarix həm də bir siyasət elmi stolüstü kitabı olaraq tədqiqatı məqsədiylə hazırlanmış olan araşdırmanın giriş/başlanğıc fəsillərində, siyasi ədəbniyyatda mühüm bir termin və məfhum olan “Modernite/Müasirlik” ilə buna bağlı aydınlanma, kapitalizm və bu kimi məfhumlar siyasət elmi çərçivəsində öyrənildiyini bildirdi.

O, araşdırmada, ermənilərin millətləşmə prosesi, şəxsiyyət mübahisələləri, coğrafiya mübahisələri, erməni tarix yazanları kimi mövzular da yuxarıda ifadə etdiyimiz çərçivədə öyrənilməkdədir. Erməni tarixinin son 400 ili: Kapitalistləşən Erməniçilik (1630-1750), Siyasiləşən Erməniçilik (1750-1890), Terroristləşən Erməniçilik (1890-1918), Dövlətləşən Erməniçilik (1918-1990) və Globallaşan Erməniçilik yarımbaşlıqlarında tədqiq edildiyi vı bu cəhətiylə kitab, mövzunu xronoloji bir sistem ilə deyil tarixi və siyasi baxımdan yazıldığını qeyd etdi.

Eyni zamanda bir çox dildə elmi qaynaqlara
dayanaraq hazırlanan bu kitabla sadəcə Azərbaycanın və Türk dünyasının deyil
bütün dünyanın, ələlxüsus Qərb ictimaiyyətinin həqiqi bilgi və sənədlərə
istinad edilərək məlumatlandırılmasını qarşıya məqsəd qoyulduğunu və bu
vəsiləylə kitabın Azərbaycanın, məruz qaldığı işğal səbəbiylə yaşadığı
məhrumiyyətinin izah edilməsinə tarixi tezislərlə böyük köməklik göstərəcəyi
kimi, Türkiyəyə qarşı uzun illərdir şamil edilən Sözdə Erməni soyqırımı
iddialarının arxasında yer alan Qərbin oynadığı rol da öz sənədləriylə
qiymətləndirilməkdədir.

Kitabın son fəsil və nəticə hissəsi etibarıyla Qarabağ məsələsi və Cənubi Qafqaz geosiyasətinə bağlı aktual məsələlər ehtiva etdiyindən başda Xocalı soyqırımı olmaqla yaxın keçmişdə və 31 Mart 1918-ci il tarixində işğalçı Ermənistan tərəfindən ortaya qoyularaq reallaşdırılan bütün insani fəlakətlərə də təsirli şəkildə diqqət çəkməkdədir.

Hazırladı NİGAR xüsusi olaraq ONN üçün-Türkiyə