ONN İnformasiya Agentliyi

Ayının infarktı – Tahir TAHİROVİÇ yazır

Ayının infarktı – Tahir TAHİROVİÇ yazır
31 May 2020 - 14:39

Tahir TAHİROVİÇ, xüsusi olaraq ONN üçün.

Naxçıvanın Badaşqan adlanan meşəsində restoran var. Təxminən 20 il öncə “Çörək Bəxtiyar” adlanan şəxs restoranında kiçik zoopark düzəltmişdi. Restoranda dünyaya gələn ayı masaları gəzərək böyümüşdü. Hətta hərdən qarsonlara kömək edirdi. Nəhayət qərar verildi ki, restoranlarda heyvan saxlamaq olmaz.

Qartalı Bakıya, meymunu Araz çayı sahilinə göndərdilər. Ayını isə restorandan 80 km aralıda olan Batabat meşəsinə azdırdılar. Üç gün sonra səhər tezdən qapını açan restoran xadiməsi ayını ağacın altında görür. Xadiməni qucaqlayıb ağlayır.

Ayı meşədə qorxduğundan öz doğma “evinə” gəlmişdi. Elə həmin gün ekologiya işçiləri yenidən ayını Batabata aparırlar. Bir həftə sonra ayı Şıxmahmud kənd polis bölməsinin həyətində peyda olur. Yazıq ayının dilini heç kim bilmədi ki, o meşədə elə öz həmcinslərindən qorxur.

Qısası, üçüncü dəfə yenidən meşəyə yola salınan ayının meydi meşə kənarında tapılır. Maraqlı orasıdır ki, ayı heç bir xəsarət almadan , ürək tutmasından ölür.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png