Azərbaycan-Gürcü xalqlarının dostluq əlaqələrinə qarşı məkrli düşmənin yeni təxribat siyasəti-professor Əjdər Tağoğlu yazır

Əjdər Tağıoğlu, professor, Turan Araşdırma Mərkəzinin sədri.

Sözüm Vətənini, xalqını, dövlətçiliyini sevən namuslu gürcü tarixçilərinə, arxeoloqlarına, etnoqraflarına, dilçi linqivistlərinə, ümumən sağlam düşüncəli gürcü xalqınadır! Gəlin, qüvvələrimizi daha sıx birləşdirək, Azərbaycan-Gürcüstan dostluğuna, qardaşlığına qarşı “Keşikçidağ monastırı” adlandırılan məbədi zəhərli ideoloji silaha çevirməyə çalışan, vəzifəsindən sui-istifadə edən məkrli düşmənin təxribatlarına imkan verməyək.

Əziz qonşularımız, XXI əsr bəlalı əsrdir, sizlər də, bizlər də ətrafımızda
fürsət gözləyən məlum yırtıcı qüvvələri bir an belə unutmamalıyıq!

Bəşəriyyət tarixin elə bir mərhələsinə çatmışdır ki, Azərbaycan türklərinə məxsus qədim Ön Qafqaz
torpaqlarını babaları qərbi avropalı olan erməni və gürcü xalqları arasında ata
malı kimi bölüşdürüldüyünü və həmin torpaqlar hesabına keçmiş Sovetlər Birliyi
tərkibində əraziyə görə yerli xalqla bərabər tam milli hüquqa malik
respublikalar təşkil edildiyini səmimi etiraf etməliyik. Biz həmin əcdad
torpaqlarımızın gəlmələrdən azad edilməsi üçün nə dünən, nə bu gün hər hansı
bir şəkildə hərəkət etməmişik; hər şeyi unutmuşuq, mehriban qonşuluq münasibətlərini
qoruyub saxlamışıq. Ancaq bu gün bizim davamız 1828-ci ildə qanlı rus süngüsü
ilə yazılmış “Türkmənçay” irtica müqaviləsindən sonra imperiyanın beş
ölkədən – Livan, Suriya, İraq, Türkiyə və İrandan gətirib “Ön Qafqaz Oğuz
Albaniyası”nın qədim ərazilərinə şeytan toxumu kimi səpdiyi yarıdilənçi
hayların  “erməniləşmiş” törəmələrinə
qarşıdır. Kimsə maddi sübutla inkar edə bilməz ki, işğalçı rusların imperiya
siyasəti nəticəsində yaradılmış bugünkü Ermənistan və Gürcüstan respublikaları  coğrafiyasında yaşayan türk əhalisinin əcdadları
bu torpaqların qədim yerli əhalisi olmuşdur. Belə bir xalqa – ev sahibinə
babalarının ayrı-ayrı məlum tarixi hadisələr dövründə hərbi qənimət olaraq, qərbi
Avropadan əsir gətirilib, Orta Şərqdə və Ön Qafqazda Kolxidanın şimal
torpaqlarında yerləşdirilməsindən xəbərsiz olan gürcü dövlətinin keçmiş müdafiə
naziri İrakli Okruaşvilinin qədim yerli türk əhalisinə: “Siz qaçqınsınız”
– deməsinə mehriban qonşuluq naminə susduq. Ancaq son günlər Azərbaycan-Gürcüstan
dostluğunu (gürcü xalqının gələcəyini xilas edəcək neft-qaz dəhlizinin, Şərqlə
Qərbi birləşdirən dəmir yolunun Gürcüstandan keçməsini) həzm edə bilməyən qəddar
və məkrli qonşu düşmən qüvvələrin təxribat planlarını həyata keçirmək üçün
“Keşikçidağ məbədi”ndən istifadə etməyə çalışan kiçik bir ailədən
ibarət olan müxalifət partiyasının lideri Şalva Natelaşvilinin boş hay-küyü, hərcayi
böhtanları Azərbaycan və Gürcü xalqları arasında yaranmış səmimi dostluq və
qardaşlıq münasibətlərinə zərrəcə əngəl ola bilməz. Ancaq düşmən dəyənəyinə
çevrilmiş bizə: “Sizin babalarınız 
Orta Asiyadan gəlmədir,siz Qafqazlı deyilsiniz, siz gəlməzdən əvvəl bu qədim
monastırı bizim babalarımız inşa etmişdir”, – deyə, tarixi əsası olmadan,
dünya tele-efirində qədim yerli əhalinin 
Ön Qafqaz tarixini qaralayan Şalva Natelaşvili kimi savadsızları, gürcü
xalqının düşmənlərinin dilindən danışan, ideoloji casusları artıq başa
salmalıyıq ki, “gəmidə oturub, gəmiçi ilə dava etmək” kişi işi deyil!
“Gürcü” adı altında apardığı təxribat bizdə o qənaəti yaradır ki,
Şalva kimi küçə araqarışdıranları sülhsevər, bizimlə mehriban qonşuluq münasibətləri
yaradan gürcü qardaşlarımızla heç zaman eyni soy kökdən ola bilməzlər.

Qədim Qafqaz türklərinin gerçək tarixindən xəbərsiz
olan, qarışıq siyasi dövrlərdə küçədə meydana çıxan İrakli, Şalva kimi
“milli şovinist” alverçilər haradan bilərdilər ki, ulu babalarımızdan
yadigar qalan “Kitabi-Dədə Qorqud” abidəmizdə verilən hadisələr Azərbaycan
türklərinin Ön Qafqaz tarixini m.ö. minilliklərə aparıb çıxarır. Onlarla həmfikir
olan alimlər də bilməlidirlər ki, XI əsrdə Orta Asiyadan Azərbaycan ərazisinə gələn
türklər tarixin bir çağında Ön Qafqazdan türkmən çöllərinə Böyük Köçlə getmiş
“Kitabi-Dədə Qorqud” boylarının birində nişan verilən Oğuz-Türk
tayfalarlndan birinin başçısı Səlcuq babamızın nəslindən geriyə qayıtmış bir
budaq idi. Bu baxımdan, tarixi faktlar sübut edir ki, Albaniya və Türkmən Oğuz
tayfalarının Ata yurdu Ön Qafqazdır! Tarix tarixiliyində qalır, kimsə boş hay-küylə
bunu təkzib edə bilməz!

 
Şalvaya və ona arxadan “massa” verən istər iqtidara, istərsə də
Gürcü Patriarxlığına mehriban qonşuluq münasibətlərinə sevinən sadə bir azərbaycanlı
ziyalı kimi deyirəm: məktəb dövründən yanlış yola salınan, öz babalarının və
torpağında gəlib yerləşdiyi, süfrəsinə şərik olduğu Azərbaycan türklərinin qədim
dövr tarixindən xəbərsiz olan gürcü ictimaiyyətini, gürcü xalqını ətrafda fürsət
gözləyən yırtıcı məlum tarixi düşmənlərimizin məkrli planlarına sürükləməyin.
Keçmiş səhvlərinizi düzəldin, övladlarınıza yaşadığınız coğrafiyanın tarixini
olduğu kimi çatdırın, qoy bugünkü, gələcək nəsillərimiz Azərbaycan-Gürcü
qardaşlığı şəraitində yaşasınlar. Bir daha övladlarınıza Azərbaycan türklərindən
düşmən heykəli yaratmaqdan uzaq durun!

Sizin tarix və arxeoloji ədəbiyyatınızdan keçən qırmızı kardinal xətt
“Avesta”da Baş Tanrı olan “Ahura-Məzda” adının “gürcüləşdirilmiş”
forması olan mifoloji tanrı “Armazi” ilə bağlıdır. Bu kontekstdən
aşağıda barəsində araşdırma aparacağımız qalanı, kəndi, şəhəri, məbədi, zəngin
arxeoloji mədəniyyəti və s. hər şeyi öz adı, öz etnomənsubiyyəti ilə elmi
ictimaiyyətə çatdırmağın vaxtı artıq çatmışdır!

Aşağıda gürcü ədəbiyyatından gətirəcəyimiz
bir neçə nümunə ilə Azərbaycan-Gürcüstan münasibətlərini pozmağa çalışmış
İrakli Okruaşvili və Şalva Natelaşvili 
kimi onlarla, yüzlərlə araqarışdıranları başa salmağa çalışacağıq ki,
günümüzədək Azərbaycan türklərinin qədim Ön Qafqaz tarixini saxtalaşdıran gürcü
tarixçilərinin ilk məktəb dövründən başlayaraq, etnik tarixləri barədə
aldıqları təlim real hadisələrə, gerçək maddi-mədəniyyət nümunələrinə deyil, qaranlıq
kilsə hücrələrində şam işığında anonim keşişlərin uydurduqları fantastik əfsanələrə
söykənmişdir.

Təsadüfi deyildir ki, erməni tarixçiləri  kimi, gürcü tarixçilərinin də on illərlə mənsub olduqları xalqa “qədim
Ön Qafqaz tarixi” yazmaq üçün əllərində heç bir maddi əsas olmadığına görə,
“kilsə tarixi” kitablarına söykənməkdən başqa, necə deyərlər, tutacaqları
divar olmamışdır. Elə buna görə də 70 il arxalarını Kremlə söykəmiş erməni-gürcü
tarixçiləri kilsə rəvayət və əfsanələrini qılınc və qalxana çevirərək sonralar
gəlib yerləşdikləri Oğuz türklərinin torpaqlarında aşkarlanmış arxeoloji mədəniyyəti,
Od/Atəş məbədlərini babalarının ünvanına yazmışlar. Fikrimizin təsdiqi
baxımından gürcü əfsanələrinin birində bu günümüz üçün elmi-tarixi dəyəri olan
qiymətli məlumat maraqlıdır. Əfsanədə xəbər verilir ki, Qatlasın  (Öoqorma, Torqama, yaxud
Toqlata) səkkiz oğlu olmuşdur: Nayos, Kartlos, Bard, Movkan, Lek, Herar, Kafkaz
və Eqres. Guya Qatlas hələ öz sağlığında “başqalarına məxsus qonşu ölkələri”
oğlanları arasında bölüşdürmüşdü.

  “Başqalarına məxsus” oğurlanmış,
yaxud çapılıb-talanmış əmlakın oğrular, ya da quldurlar arasında “dədə
malı” kimi bölüşdürülməsi məsələsi el arasında məşhur misaldır, ancaq
başqa xalqların babalarına məxsus olan qədim ölkə torpaqlarını uydurulmuş kilsə
əfsanələrində “dədə malı” bölgüsü ilə övladları arasında pay-püşk
edilməsi təcrübəsi erməni-gürcü kilsələrinə və tarixçilərinə məxsusdur.

Bu bölgədə başdan-başa Qafqaz ölkələri, Terek və Don sahilləri, Kuban
əraziləri, habelə qədim türk tayfalarına məxsus başqa ölkə və vilayətlərin adı
göstərilməklə hər bir qardaşa ayrı-ayrılıqda paylanılır.

İ.Şopen ona məlum nəsil şəcərəsinə istinadən, Yafəsin nəslindən olan
erməni və gürcülərin əcdadı Qatlas (Torqam, Toqlat) tərəfindən “qonşu ölkələrin”
geniş ərazilərinin oğlanları arasında əyalət-əyalət guya “aparılmış” bölgə
siyahısını verir və Kartlosa ayrılmış bizi maraqlandıran torpağın yerləşdiyi ərazini
belə göstərir: “Kartlosu indiki Gürcüstana təyin etdi və o, burada Armazi (“Armazi”
“Avesta”da Baş Tanrı Ahura-Məzdanın gürcü leksikonuna uyğunlaşdırılmış
deyim formasıdır – Ə.T.) dağında Msxeta ilə üzbəüz məskən saldı”.

“Kartlis Tsxovreba”da yazılır: “Farnavaz öz şərəfinə
böyük Armazinin büstünü  yaradır və onu Kartlinin
zirvəsinə qaldırır və orada yerləşdirir. Həmin gündən Kartli zirvəsi Armazinin
adını daşıyır “.

Keşiş İoseliani Platon “Kartlos dağı”nı Kür çayının Mesxetlə
qarşı sahildə, ondan “yeddi verst (təxminən on klometr) qərbdə” lokalizə
edir. Onun fikrincə, çar I Farnaoz (Farnavaz) burada Armaziyə məbəd də
ucaltmışdır.

Göründüyü kimi, əfsanədüzən anonim keşiş xəbər verir ki, gürcülərin
mifik babası hesab edilən Kartlosun öz əhli-əyalı ilə Ön Qafqaza gəldiyi dövrdən
min illər əvvəlki tarixi çağlardan bu coğrafiya “Aramazi” (Ahura-Məzda)
inanclı atəşpərəst əhalinin ata-baba yurdu olmuşdur. Problemə bu baxımdan
yanaşdıqda o qənaətə gəlirik ki,  gürcü
tarixçilərinin mənsub olduqları xalqa cild-cild yazdıqları “qədim Ön
Qafqaz tarixi” kitablarının bünövrəsində elm deyil, fantastik kilsə
uydurmaları dayanır.

  Erməni kilsəsi Part
imperiyasının Kiçik Asiya və Ön Qafqaz tarixini “armiyan arşakiləri” adı
ilə “erməniləşdirməyə” çalışdığı kimi, eyni yolla da gürcü kilsəsi
gedir.

Məlumdur ki, kilsə ədəbiyyatında ümumtürk tarixinin 475 illik epoxası
olan  Part (yunanlarda
“Parfya”) imperiyasının Arsaklı 
sülaləsindən hesab etdikləri anonim çar Vaxarşakı  ermənilərin babaları olaraq qəbul etdikləri
kimi,  gürcülər də uydurma çar olan I
Farnavozu (Farnavazı) Arsaklı sülaləsindən hesab edir və onu da gürcü babaları
кими qələmə verirlər.

Buradan aydın olur ki, ermənilər kimi, gürcülər də Part imperiyasının
hərbi-inzibati ərazisinə daxil edilmiş Oğuz Albaniyasının qərb vilayətlərinin
tarixini arsaklılara istinadən uydurma çar Farnavozun adı ilə gürcü tarixinə
çevirməyə çalışırlar.

Gürcü tarixçisi Otar Lordkipanidze “Kartlis Tsxovreba”da
keşiş müəlliflərin “gürcü çarı” kimi təqdim etdikləri Farnavaz barədə
yazır: “Gürcü “çar nəslinin banisi” kimi təqdim edilən Farnavazın tarixi şəxsiyyət
olmadığına heç bir şübhə ola bilməz “.

Bu o deməkdir ki, istər erməni, gürcü kilsəsinin ayrı-ayrı
adlarda  uydurduqları babaları – istər
Vaxarşaq, istərsə də Farnavaz onların mənsub olduqları xalqın eponimi ola bilməz.
Çünki onlar etnomənsubiyyətcə nə armyandır, nə də gürcü.

  Özlərini “Kartlosun törəmələri”
(“Kartveli”) hesab edən çağdaş gürcü tarixçiləri türk tayfalarında
olan qədim Mesxet əhalisinin (Mesxet dağ sil­siləsindən Cavaxetti dağlarınadək
olan geniş ərazidən – baba ocağından ­Stalinin sürgün etdiyi Mesxeti türk əhalisi
inkaredilməz tarixidir) tarixini saxtalaşdırmağa heç bir haqları yoxdur. Çünki
gürcülərin tarixi kilsədə yazılmış mifoloji-dini tarixdirsə, mesxetilərin
tarixi Ön Qafqaz türklərinin real tarixidir. Əfsanədə “Kartlos övladlarının
öz müstəqilliklərini Mesxet hökmdarlarından qorumaları” barədə verilən xəbər
də bizim fikrimizi təsdiq edir (gürcü knyazı S.Baratov).

 Yuxarıda deyilənlər problemə aydınlıq gətirən təkzibedilməz
bir tarixi təsdiq edir; gürcü xalqının mifik babası Kartlos Ön Qafqaza “gəlməmişdən”
əvvəl “Mesxet” adında şəhər, gürcü mifologiyasında
“Avesta”da Baş Tanrı olan Ahura-Məzdanın “gürcüləşdirilmiş”
adı ilə “Armazi dağı” namında nişan verilən atəşpərəstlərin məskən
saldıqları   dağ   mövcud olmuşdur. Tarixi gerçəkliyə bu zəmindən
yanaşsaq, görkəmli alim akademik Şota Dzidziqurinin qədim İveriyanın (indiki
İspaniyanın) köklü əhalisi olmuş  iverlərlə
gürcülərin soy-kök bağlılığı ətrafında apardığı “Basklar və gürcülər”
adlı geniş araşdırmalarında m.ö.VI-V əsrlərə aid “Mesxeti-Armazi
çarlığı”ndan bəhs etməsi Azərbaycan türklərinin Ön Qafqaz Ata tarixinin təsdiqidir.
Bu o deməkdir ki, gürcülərin   mifik  Kartlos babaları Ön Qafqaza “gəldiyi” dövrdə
yerli Zərdüşti inanclı əhali əfsanə tarixində deyil, Maq tayfalarının başçısı
adlandırılan çarın inşa etdirdiyi “Mesxet” adında şəhər dövlət
quruluşunda olan ölkədə yaşamışlar. Gürcü
mifologiyasında olan “Müqəddəs Nino” əfsanəsi də bu faktı təsiq edir.
Bu barədə bir qədər sonra.

Deməli, Kartlos çağdaş gürcü xalqının Kappadokiyadan Ön Qafqaza köçlə
gəlib, Zərdüşt inanclı əhaliyə məxsus qədim ölkənin dağlıq ərazisində
“yerləşən” əfsanəvi mifik babasıdır. Ancaq tarixin son cağlarında
yaranmış siyasi şəraitin tələblərinə uyğun olaraq, özlərini “gürcü”
adlandıran xalqın real tarixdə yaşamış babaları iverlərdir. Gürcü ədəbiyyatında
“İver” adıyla yanaşı, “İber” adı da işlədilir.

 Bəs, iverlər kimdirlər?

 İverlər Priney yarımadasında
İver çayı sahilində yaşamış əhalinin adıdır. Tarix ədəbiyyatında qərbli iverlərin
şərq tarixi ilə bağlılıqları barədə iki versiya mövcuddur.

Gürcü tarixçiləri İoseliani Platon və A.Q.Bibiaşvili yazırlar ki,
gürcü babaları olan Qafqaz iverləri/iberləri Assuriya çarı Navuxodonosorun (м.ö.
VI əsr) Priney yarımadasından əsir götürdüyü indiki İspaniyanın qədim əhalisi
olan iverlərin bir hissəsidir. Onların fikrincə, “qalib çar həmin əsirləri
Pont dənizinin (Qara dəniz) sağ sahilinin qərbində
yerləşdirmişdir “.

Strabon (m.ö. I əsr, m.s. I əsr) həmin tarixə bir qədər də ay­dın­lıq
gətirərək yazır: “Qərbi iverlər Pontdan (Qara dənizdən – Ə.T.) və
Kolxidadan yuxarı ərazidə yerləşdirildilər “.

XI əsr Bizans tarixçisi Mizait Ataliat  başqa fikirdədir. Onun verdiyi xəbərə görə, Roma
imperatoru Böyük Konstantin (306-337-ci illər) Priney iverlərinə qələbə çaldı və
onların az bir hissəsini Şərqə köçürtdü. Bu, təkzibedilməz tarixi həqiqət sübut
edir ki, çağdaş gürcü xalqının hərbi əsirlər olan iveriyalı babalarının Şərq
tarixi Böyük Konstantinin dövrü ilə başlayır.

 İkinci versiyada xəbər verilir
ki, Assuriya çarı Navuxodonosor (m.ö.VI əsr) hərbi qənimət olaraq, əsir
götürdüyü prineyli iverləri Yerusəlim/Fələstin torpaqlarında yerləşdirmişdir.
Bu baxımdan görkəmli çağdaş gürcü arxeoloqu Vasiliy Çaçanidzenin “Pyotr
İver və Yerusəlimdə gürcü monastırlarında aparılmış arxeoloji qazıntılar” adlı
kitabında qiymətli məlumatlar verilir.

Gürcü aliminin fikrincə, Pyotr İver 430-cü illərdə Fələstində və Suriyada
maarif və mədəniyyət ocaqlarının (kilsə, monastır) tikintisinə başlayır və məqsədi
də “gürcüləri” bir yerə toplamaq olmuşdur.

   Bu dövrdə fəaliyyət göstərən
“gürcü” adında xalq haqqında danışmaq sübut edir ki, tarix
saxtalaşdırılır. Söhbət prineyli əsirlər olan iverlər barəsində getməlidir. Yerusəlimdə
fəaliyyət göstərən ilk Patriarx Pyotrun “İver” ləqəbi ilə nişan
verilməsi də bunu sübut edir. Deməli, tarixin bu çağlarında çağdaş gürcülərin
Ön Qafqazda nəinki “dövlətin””dən, hətta Qafqazda onların gözdənkənar dağ
başında, meşə içərisində kiçicik bir komasından belə danışmaq cəfəngiyyatdır.

Akademik N.Marrbu tarixi belə izah edir:: “Yerusəlimdə Pyotr
İver və onun tərəfdaşları qonaq evi tikdirdilər, gürcü?! (iver-Ə.T.) və yunan səyyah
qardaşlarına sığınacaq verirdilər”.

Əfsanəvi Kartlki çarı ilə əlaqədar hekayəti
bir kənara qoysaq, Vasiliy Çaçanidze və N.Marrın apardıqları araşdırmalarda
özünü qabarıq göstərən nəticə təkzibedilməz bir həqiqəti təsdiq edir: İver çayı
sahillərindən gətirilmiş qərbli əhali Şərqdə ilkin Yerusəlim ərazilərində yerləşdirilmişdi.
Onlar burada yunanların müstəmləkə torpaqlarında yaşamış, ilkin yerli Fələstin
və Suriya əhalisinin inancını qəbul etmiş, onların məişət və həyat tərzinə
uyğunlaşmağa çalışmışlar.

İtaliya arxeoloqu P. Vircilio Korbo Fələstin səhrasında 1946- cı ildə
geniş arxeoloji qazıntı işləri aparır. O, burada Roma imperatoru Yustinianın (VI
əsrin I yarısı) dövrünə aid olan “Laz monastır”ını aşkarlayır və bu məbəd bu
gün “gürcü xalqı” kimi qələmə verilən əhalinin ilk tarixi məskənini ərəb
xalqının ən qədim, müqəddəs torpağı olan Fələstinə bağlayır.

N.Marr da eyni fikirdədir. Onun yazdığına
görə, “gürcü” tarixi IV əsrdən başlamış, onun formalaşması VIII əsrdə başa
çatmışdır. Lakin kilsə üçün dini ədəbiyyat müntəxabatı IХ əsrin yarısında Yerusəlimdə Makari adlı “gürcü”?! keşişi tərəfindən hazırlanmışdı. Deməli, görkəmli alim son dövrlərdə tarix ədəbiyyatında “gürcü”
adıyla qeydə alınmış əhalinin dini həyatını, habelə məişət və mədəniyyət
tarixinin Ön Qafqazdan kənar, Orta Şərq əyalətlərinin
orta əsrlər dövrü ilə əlaqələndirirlər.                     

 Gətirilən
dəlillər sübut edir ki, Ön Asiya və
Ön Qafqaz türk tayfalarının qədim nəsil budaqlarından olan qədim Mesxeti türk əhalisinin
babalarına məxsus “Mesxet” şəhər – dövləti ətrafında gürcü tarixçilərinin
qaldırdıqları iddiaların heç bir maddi-tarixi əsası yoxdur.

 “Müqəddəs Nino” əfsanəsi ilə gürcülərin
Ön Qafqazla “əlaqəsi” başlayır.

“Müqəddəs Nino” haralıdır və soy
kökcə kimdir?

Nino Kappadokiya  sərkərdəsi, xristianlığın tərəfdarı Zavilopun və Yerusəlimin patriarxı
Libenalın bacısı Susannanın qızıdır.

N. Marr yazır ki, Nino barədə olan əfsanəni Yerusəlimdə “gürcü” kilsəsi
X əsrin sonu, XI əsrin əvvəllərində tərtib etmişdir. Əfsanədən məlum olur ki, o
dövrdə gürcü babaları Qafqazın yolunu belə tanımırdılar.

 Əfsanədə xəbər verilir ki, kappadokiyalı
Nino Qafqaza istiqamət alır, Cavaxeti dağlarına – türk mənşəli hökmdar Cavaxın
adını yaşadan yurda  gəlib çatır, orada Ahura-Məzda inanclı Mesxeti ölkə əhalisi
olan çobanlarla rastlaşır və onlardan Mesxet şəhərinə necə gedəcəyini soruşur.
Çobanların göstərdikləri yolla Nino maqların (Zərdüşt bu tayfaya mənsubdur) şəhərinə
gəlib çatır.

 “Müqəddəs Ninonun həyatı”
xronikasına istinad edən A.V. Voxaradze yazır ki, Mesxetiyə daxil olan Müqəddəs
Nino “… öz allahları Armaziyə (Ahura-Məzdaya. – Ə.T.) ibadət etmək məqsədi
ilə böyük çarın iqamətgahına doğru hərəkət edən axına qoşuldu. Sonra o,
körpünün üstündə dayandı və atəşə səcdə edən xalqı seyr etməyə başladı”.
Y.M.Qoqaşidze də eyni fikirdədir.

      Xronikada xəbər verilir
ki, kappadokiyalı Nino doqquz ay ərzində çar bağının gözətçisinin (söhbət
Mesxet çarından gedir) yanında yaşadı. O, meynə təəklərini  öz saçları ilə bağlayıb, ondan “xrest”
(“xaç”) düzəltdi, onu böyürtikən kolunun içinə qoydu.

     Bu bağ Ahura-Məzdanın şərəfinə Böyük Maqın inşa etdirdiyi möhtəşəm Atəşgah
məbədinin həyətində yerləşirdi.

 Gürcü tarixçisi B.S. Esadze “Gürcüstan
salnaməsi”ndə qədim Mesxetdən danışarkən fikrinin davamı olaraq Zərdüştilərin qədim  tarixini belə xatırladır: “…Arsaklılar
sülaləsi hakimiyyətə gəldi, maqların dini daha da möhkəmləndirildi”.

  Bu fikrin təsdiqini yepiskop
Kirionda görürük. O, yazır ki, Nino altı il burada   – Atəşgahın bağında yaşadı,  əvvəlcə gizlin, maqların çarını və çariçanı
“sağalmaz xəstəlik”dən xilas etdikdən sonra açıq şəkildə xristianlığı
təbliğ etməyə başladı və möcüzələr yaratdı. Guya Nino çarın ailəsinə də,  Armazinin (Ahura-Məzdanın)  ilkin siyasi-mənəvi hakimiyyətini yaratmış “Mesxet
çarlığı”nın qədim əhalisi olan atəşpərəst maqlara da xristianlığı “qəbul
etdirdi”.

    Əlbəttə, bu real tarix deyildir. Gürcü kilsəsinin uydurduğu sözügedən əfsanə ayrı-ayrı məlum tarixi çağlarda  hərbi əsir olaraq, Priney yarımadasından sürülüb gətirilərək bir hissəsi Yerusəlim/Fələstin səhralarında, başqa bir hissəsi indiki Kolxidadan yuxarı ərazilərdə yerləşdirilmiş babalarının adına qədim yerli türk əhalisinə məxsus olan “Mesxeti çarlığı”nın tarixini yazmaqdır. Ancaq anonim keşişlərin əlində heç bir maddi əsas yoxdur. Onlar yalnız atəşpərəst olan qədim türklərin “Avesta”
tanrısı Ahura-Məzdanın adını öz leksikonlarına uyğunlaşdıraraq, ona
“Armazi” deməklə, Ön Qafqazda saxta gürcü “xristian dövləti”
“təşkil etməyə” çalışmışlar. Qafqazı ələ keçirmiş işğalçı rusların
hamiliyi ilə onlar buna da nail olmuşlar. Belə ki rus kilsəsinin “xristian
qardaşlığı” köməyi ilə Maq əhalisinin m.ö. yüzilliklərdə Ahura-Məzdanın şərəfinə
tikdikləri Mesxet Atəşgah məbədi XI əsrdə “Svetisxoveli” (Kurlə Araqvi
çaylarının birləşməsinə işarə olaraq “Çay qovşağı”) adıyla gürcü xristian kilsəsinə çevrilmiş oldu. Ancaq
buna baxmayaraq, gürcü keşişləri kilsənin “Svetisxoveli” adını XI əsrdən
qədim dövr tarixə bağlamaq məqsədilə ona bu gün də “Armazi məbədi”  deyirlər. Akademik N.Marr vaxtında gürcü kilsəsinin
tarixi saxtakarlığına qarşı çıxmışdır.

Qr.Kapantsyan erməni mifologiyasında  “bütün allahların atası” sayılan “Aramazdi” (erməni kilsəsi Ahura-Məzdanı bu adla “erməniləşdirmişlər” ) adlı baş allahdan danışır. О, Aramazdinin etnomənşəyini “Avesta” tanrısı Ahura-Məzdanın mifoloji şəxsiyyəti ilə bağlayır.

Erməni müəllifi Ahura-Məzdanı
(Aramazdini), mifoloji təfəkkürə uyğun olaraq, yeri-göyü yaradan, Anahidin, Tirin
və Mihpin (Mitranın) atası kimi təqdim edir.

 Ahura-Məzdaya aid möhtəşəm və zəngin bir məbədin Frat (Fərat) çayının axarında Ani şəhərində (Kiçik Asiyada) olduğunu qeyd edən Qr. Kapantsyan Baş Tanrının başqa bir məbədini Ön Qafqaz Oğuz Albaniyasının ərazisində nişan verir. O, yazır: “Gürcülər də bu “Aramazdi” adını “Armazi” formasında iqtibas etmişdilər. M.Xorenatsiyə görə, bu ildırımsaçanın məbədi və heykəli Kür çayının o biri sahilində şəhərdən (Tiflisdən) uzaqda yerləşirdi. Şəhərin sakinləri səhərlər öz evlərinin damlarından çayın o biri sahilində yerləşən heykələ sitayiş edərdilər”.

Zərdüşti inanclı qədim yerli
türk əhalisi məbədi inşa etdikləri tarixdə giriş qapısının sağ və sol tərəflərində
Ahura-Məzdanın (Səma tanrısının) ilahi atributlarından biri olan Müqəddəs
Buğanın kəllə barelyeflərini yerləşdirmişlər. Gürcü kilsəsi son dövrlərdə Od/Atəş
inanclı türklərin bu qədim məbədini xristianlıq ruhunda təkrar-təkrar bərpa edərkən
binada forma dəyişikliyi aparsa da, Müqəddəs Buğa barelyefləri qədim ev
sahibinin tarixini günümüzədək qoruyub saxlamışdır. 

Zurab Kapianidze və Teymuraz Mibçvani “Svetisxobeli” adı ilə qələmə aldıqları Atəşgahın daxili divarlarında günəş atributlarını əks etdirən müxtəlif memarlıq-inanc detallarını canlandıran şəkillər ətrafında ətrafında apardıqları araşdırmalarda onların xristian dini ilə əlaqəsi olmadığını söyləyərkən, şübhəsiz, yuxarıda gəldiyimiz nəticəni təsdiq edirlər.

Yuxarıda məbədə girişdə fotosunu verdiyimiz qədim
baxımsız bina son günlər yerlə-yeksan edilmişdi. Onun yerində yeni hündür divar
çəkilmişdi, məbədə dəmirdən geniş giriş qapısı qoyulmuşdu. Atəşgahın izini
itirmək üçün qarşı meydanda texnika ilə aparılan inşaat işi şəxsən mənim gözlərim
qarşısında baş verdi. Bütün təxribatlara
baxmayaraq, Müqəddəs Buğanın iki barelyefini qədim məbədin giriş qapısından
çıxarıb, Armazinin nişanəsi kimi, “Svetisxoveli” kilsəsinə yeni giriş
qapısının sağ və sol tərəflərinə yerləşdirilməsi qədim Atəşgahın canlı tarixinə
şahid dayanır.

Ön Qafqazda erməni və gürcü kilsələrinin
tarixini mütəxəssis alim vicdanı ilə araşdırmış professor Bondo Arbeladzenin
tarix və tarixilik kontekstində maddi sübutlarla gəldiyi nəticə bizim yalnız
yuxarıda maqların “Mesxeti çarlığı” və Ahura-Məzda Atəşgahı ətrafında
söylədiyimiz fikirlərin təsdiqi deyildir, eyni zamanda, bu gün özlərini
“gürcü” adlandıran xalqın hərbi əsir olan babalarının tarixin son
çağlarında qədim türk torpaqlarına gəldiklərinə sübutdur.  O, yazır: “Ümumi fikir budur ki, ilk
xristian kilsələri ya bütpərəst (atəş inanclı əhaliyə işarədir – Ə.T.) məbədinin
yerində, ya da onun yaxınlığında inşa etdirilmişdir. P. İoselianinin şahidliyinə
görə, Betletinin şərqində kvadrat kərpicdən inşa edilmiş tikinti var (bugünə
kimi onun xarabalığı qorunur). Rəvayətə görə, bu bina bütpərəstlərin Müqəddəs
Odu qoruyub saxladıqları Atəşgahdır. ”

Gürcü kilsəsi “Ahura-Məzda”
(“Armazi”) Atəşgahının yaxınlığında hündür dağın zirvəsində maqların
inşa etdikləri başqa bir məbədə “Cvari” (“Xrest/Krest”) adı
vermişdir. Gürcü alimlərindən M.Vaçnadze,V.Quruli və M.Vaxtadze yazırlar ki, keşişlər
Atəşgaha Yerusəlimdəki Laz monastırının
adını vermişlər.

  Gürcü tarixçisi B.S.Esadzenin “Gürcüstan
salnaməsi”ndə maddi-mədəniyyətə söykənərək
Zərdüştiliyin hələ m.ö.yüzilliklərdə Qara dənizlə Xəzər dənizi arasında geniş
yayıldığını söyləməsi Azərbaycan türklərinin qədim Ön Qafqaz Ata tarixini təsdiq
edir. Bu baxımdan “Mesxet-1 (Armazi-xevi)” ekspedisiyasının  (A.M.Apakidze, Q.F.Qobeçişvili, A.N.Kalandadze,
Q.A.Lomtatidze) 1937-1946-cı illərdə apardığı qazıntı zamanı aşkarladığı zəngin
mədəniyyət nümunələrindən  bəzilərini
xatırlamaqla kifayətlənirik.

Gürcü alimləri “Mesxet-1 (Armazis-xevi)”
arxeoloji sahəsindən aşkarlanmış ayrı-ayrı tapıntıların üzərində oyulmuş özlərinə
məxsus deyimdə  “Armazi yazıları”
adlandırdıqları yazını görkəmli linqvist dilçi alim Xennik “Avesta”
(“Aramey yazıları”) yazısı hesab edirdi.

Q.V. Sereteli əşyalar üzərində olan yazıları “Armazi yazısı” (“Aramey yazısı”) adlandırarkən, şübhəsiz, “Avesta” yazısını nəzərdə tuturdu. Gümüş camların iç hissəsində “Aramey yazısı”nı oyan və atəş qarşısında  şahə qalxmış qurbanıq at şəklini canlandıran naməlum sənətkar bu Zərdüşti inancla bağlı mərasim səhnəsini vasitəyə çevirərək, sənətin ecazkr dili ilə öz şəxsiyyətini də, mənsub olduğu tayfanı da etnotarixin qan yaddaşında əbədiləşdirmişdi. Ş.Ya. Amiranaşvili camda canlandırılmış bu mərasimi Günəş Tanrıya at qurbanlığı adəti ilə əlaqələndirir.

   Bori
yaşayış məskənindən və “Armazis-xevi”
xarabalığından tapılmış başqa gümüş piyalələr də yerli əhalinin ənənəvi
“Avesta” adətlərini yaşadan, “Avesta” qanunlarına tabe olan türk tayfaları
olduğunu xəbər verir. Gürcü arxeoloqları piyalələrin içərisində döyülmüş kişi
portretinin günəşin rəmzi olan “Avesta” tanrısı Mitranın olduğunu söyləyirlər.

Bundan başqa, A.M. Apakidze “Armazi-xevi”
xarabalıqlarında aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış əyan,­ əsilzadə ailəsinə aid qəbirdən
tapılmış mücrülərdən birinin içərisində eradan
əvvəlki dövrlərə aid “səkkiz incə lentəbənzər lövhənin üzərinə köçürülmüş
Aramey yazısında (Xennik, İ.M.Dyakonov və başqaları “Aramey
yazısı”nı “Avesta yazısı” hesab edirlər.- Ə.T. ) Maq (Zərdüştün mənsub olduğu türk tayfasına
işarədir. Qaynaqlarda Zərdüştə bəzən “Maq Zərdüşt” deyilir-Ə.T.) mətnləri vardı”, – deyir.

Gürcü arxeoloqlarının başqa tapıntılar üzərində
aşkarladıqları “Aramey yazıları” həm “Ön Qafqaz Oğuz
Albaniyası”nın qərb ərazilərinin ictimai-siyasi coğrafiyasını təyin edir,
həm də dövlət idarəetmə işlərinin
“Avesta” qanunları ilə “Avesta yazısı”nda aparıldığını sübuta çatdıran təkzibedilməz
maddi-mədəniyyətə şahid dururlar. Bu o deməkdir ki, meydanda olan arxeoloji
tapıntıların tarixin son çağlarında yaranmış siyasi şəraitin tələbinə uyğun
olaraq “gürcü” adlandırılan xalqın 
nə Kappadokiyadan Ön Qafqaza gəlmiş mifik əfsanə qəhrəmanı Kadmosla
bağlıdır, nə də İveriyadan (indiki İspaniyadan) tarixin bir cağında Assuriya
çarı Navuxodonosor (m.ö.VI əsr) tərəfindən, hərbi qənimət olaraq, əsir gətirilərək
Yerusəlim/Fələstin səhralarına tökdüyü, başqa bir dövrdə Roma imperatoru Böyük
Konstantinin (306-337-ci illər) əsir götürərək Kolxidanın və Pont dənizinin
(Qara dəniz) şimal ərazilərində yerləşdirdiyi iverli babalarınızla heç bir
bağlılığı yoxdur. Bu səbəbdən də iveriyalı əsirlərin eponimi onların Qafqazda
tarix səhnəsinə gəlmiş nəsillərinə məlum olmadığına görə, bu törəmə gəlmələr
tarix qarşısında məcbur qalaraq “Ön Qafqaz Oğuz Albaniyası”nda
babalardan Azərbaycan türklərinə miras qalmış “Avesta” Anayasasında
Baş Tanrı Ahura-Məzdanın gürcü fonetik-leksik tələblərinə uyğunlaşdırılaraq, onu,
eyni məna verən, “Armazi” adında özlərinə mifoloji-tarix allahı
olaraq seçmişlər.  

 Biz bu­ra­da S.N.Canaşia adına Gürcü Dövlət
Muzeyinin di­rek­­to­ru akademik Levan Çilaşvilinin rəhbərliyi altında Oğuz
Albaniyasının şi­­mal-qərbində 1984-1997-ci illərdə apa­rı­­lan Nek­re­si
arxeoloji qa­zıntısı zamanı xristian əhalinin daha sonralar Ön Qaf­­qaza gəlişinədək
min illərin şahidləri olan atəş­pə­rəst­lərə aid maddi-mədəniyyətdən və Od\Atəş
məbədləri ətrafında verdiyi məlumatdan bir neçə məqamı xa­tır­­latmaqla kifayətlənəcəyik.

   Levan Çilaşvili Nekresidə aşkarlanmış ya­zı­la­rın hamısını atəşpərəstlərə aid qəbirüstü yazılar hesab edir. O, həmin ya­zı­ları m.s.I-III əsrlərə aid edir. Gürcü alimi qəbirlərin üzərindəki beş pli­tədə oyulmuş yazının iti də­mir alətlə korlanmasını xristianların Od­pə­rəst­lərə qarşı apardıqları dini düşmənçiliklə əla­qə­ləndirir. O, fikrinin da­va­mın­da yazır: “Göründüyü kimi, Məzdəkiçiliyə (Ahura-Məzda inan­cına – Ə.T.) qar­şı yönəldilmiş bu xüsusi tədbir zamanı təkcə məbədlər de­yil, atəş­pə­rəs­t­­lərin qəbirləri də dağıdılmış, daşları ətrafa səpələnmişdi. Bu ha­disədən son­ra həmin daş­­lar inşaat materialları kimi istifadə edil­miş­di”.

Gürcü arxeoloqlarının qazıntı zamanı aşkarladıqları zəngin maddi-mədəniyyət nümunələri bir daha sübut edir ki, Ön Qafqazda atəşpərəstlərin və atəşgahların tarixi   gürcü xristianlığından və kilsə tarixindən m.ö. minilliklərə gedib çıxır. Fikrimizin təsdiqi baxımından onlarla arxeoloji tapıntılardan yalnız bir nümunənin – bu gün Gürcüstan Respublikasının Milli Dövlət Muzeyində mühafizə edilən Trialeti arxeoloji ərazisindən m.ö. ikinci minilliyə aid edilən üstündə  Ahura-Məzdanı rəmzləşdirən   iki “Əbədiyyət nişanı” ( ┼ və     

) oyulmuş  böyük həcmli xum-küpənin fotosunu veririk. Bəzi tarixçilərimiz burada tarixi m.ö. minilliklərdən başlayan “Əbədiyyət nişanı” ilə m.s. kilsə tarixində meydana çıxmış əzabkeş Xristi rəmzləşdirən  ” † ” (“te”) şəkilli odun parçası arasında olan məna və məzmun fərqlərini tarixi kontekstdən araşdırmaq əvəzinə, 1828-ci il qanlı hadisəsindən sonra “Ön Qafqaz Oğuz Albaniyası”nda qədimdən mövcud olmuş Od/Atəş məbədlərini “xristian məbədləri” kimi Eçmiadzinin tabeliyinə “inventarlaşdırmış” “Mərkəzi Rus Kilsəsi”nin saxtakar işğalçı irtica siyasətini bugünədək davam etdirməmiş olardılar. Azərbaycan türklərinin Ön Qafqaz Ata tarixinə öz elmi karyerasına görə, Kremlin düşmən siyasəti mövqeyindən yanaşan yad ruhlu belələrinin hesabına bu gün də Azərbaycan-Gürcüstan dostluğuna qarşı yaranacaq şəraiti çaqqal fürsəti ilə gözləyən ətrafımızdakı yırtıcıların gürcü xalqı adından meydana atdıqları saxta “Keşikçidağ monastırı” təxribat planı da ortaya çıxmazdı.

Gürcü tərəfi iddia edir ki, “Keşikçidağ monastırı” guya nə kilsə ədəbiyyatında, nə gürcü tarix ədəbiyyatında, nə də mötəbər elmi qaynaqlarda adı çəkilməyən anonim keşiş “David Qarecinin sifarişi ilə VI əsrdə tikilmiş xristian məbədidir”. Azərbaycan tərəfinin fikrincə, bu “məbəd Qafqaz Albaniyasının mədəni irsinə aiddir”.  Bugünə kimi davam edən mübahisələrin səbəbi hər iki xalqı üz-üzə qoymağa çalışan məlum yırtıcı qüvvələri məyus etmək üçün mehriban qonşuluq naminə səmimi olaraq, ortaya gerçək tarixi kontekstdə maddi sübutlar qoymaq əvəzinə, hər iki tərəfin real tarixlə heç bir əlaqəsi olmayan, uydurma, saxta, özlərinə məxsus “faktlarla” bir-birinə “qalib gəlmək” iddialarından qaynaqlanır.

Əvvəlcə, Gürcüstan Patriarxlığının bu ilin may ayının 2-də yaydığı hədə
bəyanatının mətnini xatırlayaq: “Biz, həmçinin bəyan edirik ki, bu məbəd-kompleks
Gürcüstan mədəniyyətinin ən qədim abidələrindən biri və ziyarətgahıdır və gürcü
kilsəsi onun müdafiəsi üçün hər şey edəcək.”

    Ermənilər kimi, Azərbaycan
türklərinin qədim Zərdüştü məbədinə sahiblənməyə çalışan gürcü keşişlərinin bu
kollektiv bəyanatı əcdadlarının etnokökündən, onları Qərbin hansı
coğrafiyasından ayrı-ayrı dövrlərdə Şərqin hansı ölkələrinə atan qanlı tarixi
hadisələrdən, babaları cahangir hökmdarların yerləşdirdikləri torpaqlardan
tarixi elmə məlum olmayan tarixi çağlarda zaman-zaman “Ön Qafqaz Oğuz
Albaniyası”nın ərazilərinə sızdıqlarından məlumatsız olan  gürcü gəncliyinə bir çağırışdır.

Məsləhətimiz budur ki, “qaşınmyan yerdən qan çıxarmağa
çalışan” gürcü keşişləri əllərində olan Müqəddəs Kitabın ilk variantını və
ilk kilsə tarixlərini “Ön Qafqaz Oğuz Albaniyası”nın ərazisində
deyil, Yerusəlimdə axtarsınlar. Bu barədə tarixi faktlarla yuxarıda demişik və
real gerçəklik naminə keçmiş kilsə tarixlərini beynlərində möhkəm-möhkəm həkk
etmək üçün bir daha onları təkrarlamaq məcburiyyətindəyik.

Yuxarıda akad. N.Marr yazır ki, əsası IV əsrdə Yerusəlimdə qoyulmuş ilk “gürcü kilsəsi”nin formalaşması VIII əsrdə, yəni 400 il müddətində başa çatmışdır. Əhalinin kilsədə ibadəti üçün dini ədəbiyyat müntəxabatı isə IХ əsrin yarısında Yerusəlimdə Makari adlı gürcü keşişi tərəfindən hazırlanmışdı. Deməli, görkəmli alim bu gün “gürcü” adlandırılan xalqın dini həyatını, habelə məişət və mədəniyyət tarixini Ön Qafqazdan kənar, Orta Şərqin Qərb əyalətlərinin orta əsrlər dövrü ilə əlaqələndirir.

Yenə akad. N.Marr yazır ki, X əsrin sonu, XI əsrin əvvəllərində Yerusəlimdə
gürcü kilsəsi “Nino” əfsanəsini tərtib etmişdir. Əfsanənin məzmunundan
məlum olur ki, gürcü kilsəsinin məqsədi xristianlığı saxta yolla Ön Qafqaza
çıxarmaqdır. Bu baxımdan da gürcü kilsəsi anonim keşişlərin “Armazi məbədi”
adlandırdıqları Mesxeti Atəşgahını XI əsrdə uydurma bir adla
“Svetisxoveli” kilsəsi adlandırmaları təsadüfi deyildir.

Bu dediklərimiz iki yüz il müddətində işğalçı
rus imperiyasının “xristian qardaşları” siyasəti nəticəsində uydurma
kilsə əfsanələrinin, tarix ədəbiyyatında saxtakarlıqların arasında görünməz
olmuş  Azərbaycan türklərinin Ön Qafqaz
tarixinə aydınlıq gətirən gürcü tarixçilərinin, arxeoloqlarının, dilçi
linqivistlərinin, habelə gürcüpərəst ensiklopedik biliyi ilə  dünya şöhrəti qazanmış mütəxəssis alim
N.Marrın araşdırmalarda gəldikləri təkzibedilməz nəticələr Azərbaycan
tarixşünaslığında müstəsna elmi dəyərə malikdir. Bu, tarixi kontekstdən
“Keşikçidağ Məbəd-Kompleksi”nin, əslində qədim insanların və daha
sonrakı dövrlərdə onların övladlarının tarixən yaşadıqları məskənin ərazisində
kifayət sayda olan mağaralar, qala və məbədlər subyektiv yanaşmalardan uzaq,
münsif olaraq, ayrı-ayrı ölkələrdən dəvət edilmiş mütəxəssis alimlərin iştirakı
ilə araşdırılarsa, fikrimizcə, bugünkü mübahisələrə yer qalmaz. Əslində buna
ehtiyac da yoxdur. Çünki, bu ərazidə yaşamış insanların mağara həyatının tarixi
və “David Qareci monastırı” adlandırılan inanc evinin VI əsrdə inşa
edildiyini iddia edən gürcü kilsəsinin tarixi bir daha sübut edir ki, 
bu gün özünü “gürcü” adlandıran xalqın əcdadları tarixin bu
ayrı-ayrı dövrlərində ilkin Priney yarımadasında İveriya torpaqlarında, daha
sonralar Yerusəlim səhralarında, Kolxidanın və Pont dənizinin (Qara dənizin)
şimalında hərbi əsir olaraq, məskunlaşdırılmışlar. Başqa sözlə, bu dövrlərdə
“Ön Qafqaz Oğuz Albaniyası” ümumtürk tarixinin bir epoxası olaraq, m.ö.
IV əsrdə tarix səhnəsində öz sözünü 
deyirdi. Onun tarixi coğrafi ərazisinə gəldikdə, cənub-qərbdən Naxçıvan vilayətində
Araz çayının sahilində yerləşmiş qədim “Dərəşam qala-şəhəri”ndən
başlayaraq, şimal-qərbdə Böyük Qafqaz silsiləsindən Pont dənizinə (Qara dənizə)
tökülən Fasis (Rion) çayının sahilinədək, cənib-şərqdən “Kaspi dənizi”nin
ləpədöyənində yerləşən “Kaspiana”dan (“Kaspilərin dövləti”)
başlayaraq, şimal-şərqdə Dərbənd torpaqları daxil olmaqla böyük coğrafi ərazidə
yerləşirdi. Qədim yerli əhalisi Azərbaycan türklərinin babaları, dini inancları
atəşpərəstlik, müqəddəs kitabları “Avesta”, məbədləri Atəşgah idi.

  Bu, cənublu-şimallı
Azərbycan türklərinin təkzibedilməz qədim Ön Qafqaz tarixidir.

1828-ci ildə qanlı rus süngüsü ilə yazılmış
“Türkmənçay” irtica müqaviləsindən sonra işğalçı Rusiya “xristian
qardaşları” dayağı yaratmaq siyasətilə beş ölkədən (Livan, Suriya, İraq, Türkiyə
və İrandan) köçürüb gətirdiyi yarıdilənçi erməni ailələrini qədim “Ön
Qafqaz Oğuz Albaniyası”nın ən münbit torpaqlarına qara şeytan toxumu kimi
səpdi. Bundan sonra imperiya atəşpərəst
Azərbaycan türklərinin tarixini Ön Qafqazın siyasi xəritəsindən silmək məqsədilə
Oğuz Albaniyasının geniş tarixi coğrafiyasını parçalamaq üçün hazırladığı
uydurma, saxta “Qafqaz Albaniyası” adında işğalçı modeli kontekstində
yerli əhaliyə “Türksüz Ön Qafqaz” və “xristianlıq” tarixi
yazmağa səfərbər edilmiş şantajçı, provakator və müdhiş saxtakar qaragüruh dəstədən
ibarət canlı ideoloji makinəni hərəkətə gətirdi. Milli faciəmizin tarixi də həmin
dövrdən başladı.

Sovetlər Birliyi dövründə elmi karyerası naminə ideya şirəsini
“Ön Qafqazda rusizm” syasətindən alan məlum əqidəsiz Azərbaycan
tarixçiləri “Mərkəzi Rus Kilsəsi”nin başçılığı altında Eçmiadzinin
cızdığı saxta “Qafqaz Albaniyası” xəritəsini də, guya bu ölkədə əhalinin
başdan-başa “xristian” olduğunu iddia edən düşmən uydurmalarını da
“real tarix” kimi qəbul etdilər və bununla da  zəhərli ideyanı Azərbaycan tarix­şünaslığında
günümüzədək davamlı ənənəyə çevirmiş oldular. 

  Bu gün Azərbaycan
Respublikasının ərazisində yerləşən Atəşgah binalarına “kilsə” deyən,
ərəblərin işğal dövrünədək yerli atəşpərəst əhalinin “xristian”
olduqlarını iddia edən, ümumiyyətlə, “Qafqazda xristianlıq və kilsə”
axtaran Azərbaycan tarixçiləri istədiklərini elmi-tarixi qaynaqlarda deyil, üç
yüz ildən artıq bir dövrdə yunandilli Kilikiya erməni kilsəsində, habelə
Venesiya monastırında anonim keşiş müəlliflərin adına tərtib edilmiş
“tarix” kitablarında verilmiş fantastik dini-mistik əfsanələrdə
“tapırlar”.

Mən belə qələm sahiblərindən soruşuram: sizlərin babalarınız
xristian, onların inanc məbədi kilsə olmuşsa, o zaman, babalarınızın “Müqəddəs
Kitabını” – “İncil”i meydana qoyun, iddianızı sübut edin.
Əlinizdə dəlil-sübutunuz varmı? Sizlər el mərasimlərimizdə – istər yas, istərsə
də “Novruz” adıyla keçirdiyimiz  bahar mərasimlərimizdə (bahar mərasimləri neçə-neçə
min illərlə atəşpərəst əcdadlarımızın “Avesta”da Baş Tanrı Ahura-Məzdanın
şərəfinə el-el, oba-oba keçirdikləri, bütün dövrlərdə yaranmış qorxulu və fəlakətli
dini-siyasi şəraitdə babalarımızın bizim üçün nəsil-nəsil qoruyub mühafizə
etdikləri mirasdır. Bu barədə keçən bayram günlərinin birində mənim
“Ahura-Məzda bahar bayramı” adında geniş bir yazım qəzetdə çap
edilmişdir) zərrəcə “İncil”lə bağlı hər hansı bir xristian elementi
göstərə bilərsinizmi?  Bəs, nə üçün
susursunuz?

Olmaya babamız Babəkin ərəb işğalçılarına qarşı apardığı qanlı
müharibələrin məqsədi əcdad inancımız olan atəşpərəstliyin yox, işğalçı rus
kilsəsinin yaxamıza saxta “etiket” kimi yapışdırdığı ideoloji silah
olan xristianlığın müdafiəsinə qalxmışdı? 

Bir daha unutmayın: IX əsrdə şanlı babamız
Babəkin ərəb işğalçılarına qarşı 20 il apardığı ölüm-dirim müharibələri candan əziz tutduğu Və­təninin,
xalqının, “Avesta” inancının, “Avesta” mə­dəniy­yətinin, “Avesta”
tarixinin xilası uğrunda idi. Bu şanlı tarix şimallı-cənublu Azərbaycan
türkünün “Aves­ta”da Baş Tan­rı hesab edilən Ahura- Məzdanın şərəfinə
“Məz­dəki­lər” adlanan böyük xalq hərəkatının tarixi idi. Bu tarix vəh­şiləşmiş
ərəb ordsunun Odpərəst Azərbaycan türk­lə­rini qılıncdan keçirib, onlara
yazdığı “qılınc mü­səlmanı” ta­rixi­dir! Başqa sözlə, islam di­nini qəbul etməyən Odpərəst
əhali rəhm edilmədən ucdantutma qılıncdan keçirildi, “Avesta” ədəbiy­yatın­dan
tonqallar qalandı, Od məbədləri yerlə-yeksan edildi, bu qanlı işğal tarixindən
başlayaraq, Azərbaycan türklərinin minillik “Avesta yazısı”, Ön
Qafqazda qədim dövlətçilik, mənəviyyat və mədəniyyət tarixi də gələcək nəsillərə
unutduruldu. 

 Gəlin
Azərbaycan tarixini yenidən yazmaq üçün neçə-neçə min illərdən bəri atəşpərəst əcdadlarımızdan
bizlərə miras qalmış inancımızın dini-siyasi dəyərini, Atəşgah məbədlərimizin  dünyada ən qədim “Maarif evləri”
olmasını, Ata tariximizi məhv etməyə qalxmış məkrli yırtıcı düşmənin siyasi
tiryəkə çevirdiyi “xristianlıq və kilsə” modelinin işğalçı mahiyyətini  Azərbaycançılıq kontekstində aydınlaşdıraq və
Ata tariximizi olduğu kimi gələcək nəsillərimizə miras qoyaq!

“Keşikçıdağ Məbəd-Kompleksi” adlanan qədim və orta əsrlər insan yaşayışı məskəninin hansı xalqa mənsub olduğuna gəldikdə, apardığımız araşdırmalardan çıxan təkzibedilməz gerçək tarixi nəticə budur ki, bu ərazi m.ö. IV əsrdən, m.s.VIII əsrədək mövcud olmuş “Ön Qafqaz Oğuz Albaniyası” dövlətinin kiçicik bir coğrafi hissəsidir.