ONN İnformasiya Agentliyi

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb

Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin görüşü başlayıb
13 Oktyabr 2021 - 12:26

Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Moskva və bütün Rusiya Patriarxı Kirill və ermənilərin katolikosu II Qaregin arasında görüş başlayıb.

ONN media xəbər verir ki, Rusiya tərəfinin təşəbbüsü ilə təşkil edən görüş patriarxın Danilov iqamətgahında keçirilir.

Rusiyadakı epidemioloji vəziyyət səbəbindən mətbuat nümayəndələri tədbirin işıqlandırılmasına buraxılmayıblar.

Xatırladaq ki, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Moskva və bütün Rusiya Patriarxı Kirill arasında ikitərəfli görüş keçirilib.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png