Azərbaycan və Belarus prezidentlərinin təkbətək görüşü başladı

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə təkbətək görüşü başlayıb.

ONN media  xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.