ONN İnformasiya Agentliyi

Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi

Azərbaycanda bir ailənin dörd üzvü dəm qazından zəhərləndi
24 Noyabr 2021 - 20:59

Ağdaş rayonunda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

ONN media xəbər verir ki, hadisə şəhərin Cəfər Cabbarlı küçəsi, 2 ünvanında qeydə alınıb.

Belə ki, 1942-ci il təvəllüdlü Qənirə Qurban qızı Şərifova, onun qızı, 1974-cü il təvəllüdlü Məryəm Seyfəddin qızı Məmmədova və nəvələri – 2004-cü il təvəllüdlü Məmmədova Şəfa Vüqar qızı və 2006-cı il təvəllüdlü Məmmədov Sadiq Vüqar oğlu dəm qazından zəhərlənib.

Həmin şəxslər huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png