Azərbaycanda uçqundan sonra bağlanan yol açıldı

Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.

ONN media  xəbər verir ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib. Nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb. Dərrhal hadisə yerinə AAYDA-nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub.