Azərbaycanlı musiqiçilərin qrupu dağıldı
Rusiyada yaşayan həmyerlilərimiz Aleksandr Əliyev və Nəvai Bəkirovun yaratdığı “HammAli&Navai” qrupu dağılır.
ONN media xəbər verir ki, bu barədə qrup üzvlərinin özləri açıqlama yayıb.
Musiqiçilərin sözlərinə görə, yaxın günlərdə işıq üzü görəcək albom onların birgə karyerasının sonuncu məhsulu olacaq:
“Biz mübahisə etməmişik, aramızdakı münasibətlər qaydasındadır. İndi hər kəsin öz yolu var, yeni hədəflərə çatmalıyıq”.
Qeyd edək ki, sözügedən qrup Azərbaycanda böyük fanat kütləsinə sahibdir.(kult.az)