ONN media

Azərbaycanlı professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.

Azərbaycanlı professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.
16 Noyabr 2019 - 11:11

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı tərəfindən 1997-ci ildə təsis edilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ötən dövrdə özünəməxsus inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri Fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanmasına böyük təsir göstərib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Bilkənd Universitetində keçirilən növbəti iclasında diplomatlar, sabiq millət vəkilləri və elm adamları iştirak ediblər.

Fondun ötən dövrdəki fəaliyyəti yüksək dəyərləndirilib və təşkilati işlərə baxılıb.

Çıxışlarında əminliklə bildirilib ki, professor Aygün Attarın sədrliyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun fəaliyyətinə yeni bir nəfəs gətirəcək.

Aygün Attar Fonda sədrlik edəcəyi dövrdə görəcəyi işlərdən danışıb. O qeyd edib kı, Fondun başlıca hədəfi iki qardaş ölkə arasındakı mövcud elm, sənət, iqtisadiyyat və digər sahələrdəki inkişafa töhfə vermək, həmçinin türk dünyasının qarşılıqlı əlaqələrində rol oynamaqdır.

Otuz ilə yaxındır ki, Türkiyədə yaşayan və çalışan Aygün Attar Azərbaycan diasporunun ən fəal təmsilçilərindəndir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png