Azərbaycanlı professor Aygün Attar Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun sədri seçilib.

ONN media AZƏRTAC-a istinadən xəbər verir ki, Bilkənd Universitetinin qurucusu, professor İhsan Doğramacı tərəfindən 1997-ci ildə təsis edilən Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu ötən dövrdə özünəməxsus inkişaf yolu keçib. Ümummilli lider Heydər Əliyevin professor İhsan Doğramacı ilə səmimi dostluq münasibətləri Fondun qısa müddətdə tanınmasına, inkişafına və nüfuz qazanmasına böyük təsir göstərib.

Türkiyə-Azərbaycan Dostluq,
Əməkdaşlıq və Həmrəylik Fondunun Bilkənd Universitetində keçirilən növbəti
iclasında diplomatlar, sabiq millət vəkilləri və elm adamları iştirak ediblər.

Fondun ötən dövrdəki fəaliyyəti
yüksək dəyərləndirilib və təşkilati işlərə baxılıb.

Çıxışlarında əminliklə bildirilib
ki, professor Aygün Attarın
sədrliyi Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun
fəaliyyətinə yeni bir nəfəs gətirəcək.

Aygün Attar Fonda sədrlik edəcəyi dövrdə görəcəyi
işlərdən danışıb. O qeyd edib kı, Fondun başlıca hədəfi iki qardaş ölkə
arasındakı mövcud elm, sənət, iqtisadiyyat və digər sahələrdəki inkişafa töhfə
vermək, həmçinin türk dünyasının qarşılıqlı əlaqələrində rol oynamaqdır.

Otuz ilə yaxındır ki, Türkiyədə
yaşayan və çalışan Aygün Attar
Azərbaycan diasporunun ən fəal təmsilçilərindəndir.